"Belə sənədlər etibarlı deyil" — Ev almaq istəyənlərin nəzərinə
18 Aprel 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
78
18.04.2026, 20:39
Kür çayında suyun səviyyəsinin artması ilə əlaqədar riskli ərazilərdə nasos stansiyalarının fəaliyyətinə fasilələr verilib.
Oxu24.com bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində Regional Su Meliorasiya Xidmətinə istinadən xəbər verir.
Məlumatda bildirilir ki, son günlər Kür çayında suyun səviyyəsində əhəmiyyətli artım qeydə alınıb. Mövcud vəziyyət əkin sahələrinə xidmət edən, çaydan sugötürən bəzi nasos stansiyalarının fəaliyyətinə təsir göstərib.
"Yaranmış risklərin qarşısını almaq və texniki qurğuların təhlükəsizliyini təmin etmək məqsədilə Regional Su Meliorasiya Xidməti riskli ərazilərdə yerləşən nasos stansiyaları müvəqqəti olaraq sahildən çıxarılıb və onların fəaliyyətində fasilələr verilib. Bu addım mümkün mənfi təsirlərin və daha ciddi fəsadların qarşısının alınmasına yönəlib.
Həmçinin oxuyun
Hazırda vəziyyət Xidmət tərəfindən daim nəzarətdə saxlanılır, eyni zamanda su təminatı alternativ mənbələr vasitəsilə davam etdirilir. Su səviyyəsi sabitləşdikdən sonra nasos stansiyalarının mərhələli şəkildə yenidən istismara verilməsi planlaşdırılır.
Vətəndaşlardan xahiş olunur ki, yaranmış vəziyyəti anlayışla qarşılasınlar və yalnız rəsmi məlumatlara etibar etsinlər", - məlumatda qeyd olunur.
00:36 / 19 Aprel 2026
1
23:59 / 18 Aprel 2026
50
23:34 / 18 Aprel 2026
95
23:30 / 18 Aprel 2026
56
23:08 / 18 Aprel 2026
56
22:59 / 18 Aprel 2026
245
22:25 / 18 Aprel 2026
227
22:14 / 18 Aprel 2026
74
21:53 / 18 Aprel 2026
242
21:38 / 18 Aprel 2026
214
21:15 / 18 Aprel 2026
74
20:52 / 18 Aprel 2026
87
20:28 / 18 Aprel 2026
60
19:59 / 18 Aprel 2026
140
19:38 / 18 Aprel 2026
170
19:26 / 18 Aprel 2026
286
19:16 / 18 Aprel 2026
893
18:59 / 18 Aprel 2026
154
18:49 / 18 Aprel 2026
70
18:36 / 18 Aprel 2026
92
18:25 / 18 Aprel 2026
100
18:16 / 18 Aprel 2026
121
18:08 / 18 Aprel 2026
1879
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.