Pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA
12 Noyabr 2026, 11:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
678
16.04.2026, 12:20
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Almatıda KazGASA-nın 45 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransda çıxış edib
13 aprel 2026-cı il tarixində Qazaxıstanın Almatı şəhərində KazGASA və Beynəlxalq Transmilli Təhsil Assosiasiyasının (ITEA) birgə təşkilatçılığı ilə “Yaradıcı iqtisadiyyat üçün rəqəmsal memarlıq, inşaat və süni intellekt” mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb. Qeyd olunmalıdır ki, bu mötəbər tədbir Qazaxıstan Baş Memarlıq və İnşaat Akademiyasının (KazGASA) 45 illik yubiley tədbirlərinin rəsmi açılışı kimi çıxış edir.
Tədbirin rəsmi açılış mərasimində fəxri qonaq qismində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor xanım Aktotı Raimkulova, ilk növbədə, Qazaxıstanın memarlıq və inşaat sahəsində aparıcı ali təhsil müəssisələrindən biri olan Qazaxıstan Baş Memarlıq və İnşaat Akademiyasının (KazGASA) yaranmasının 45 illik yubileyi münasibətilə təbriklərini çatdırıb.
Professor Aktotı Raimkulova çıxışında 2025-ci ildə Akademiya daxilində Fondun dəstəyi ilə yaradılmış Türk Mədəniyyəti və İrsi Mərkəzinin fəaliyyətinə xüsusi diqqət çəkib. Bildirilib ki, sözügedən mərkəz türk dünyasının ortaq mənəvi dəyərlərinin tədqiqi, tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm elmi-mədəni platforma kimi çıxış edir.
KazGASA ilə əməkdaşlığın perspektivlərinə də toxunan Fondun prezidenti qeyd edib ki, mövcud tərəfdaşlıq yalnız hazırkı layihələrlə məhdudlaşmayacaq, gələcəkdə birgə elmi və təhsil təşəbbüsləri daha da genişləndiriləcək.
Konfransın əsas məqsədi rəqəmsal transformasiya, inşaat sahəsində süni intellekt texnologiyalarının tətbiqi, BIM (Tikinti İnformasiya Modelləşdirilməsi) və “ağıllı şəhər” konsepsiyaları üzrə beynəlxalq təcrübə mübadiləsinin aparılmasıdır. İki gün davam edəcək tədbirdə Azərbaycan, Türkiyə, İspaniya, Yaponiya və Böyük Britaniya daxil olmaqla bir sıra ölkələrdən tanınmış alimlər və sahə mütəxəssisləri məruzələrlə çıxış edirlər.
Konfrans çərçivəsində, həmçinin memarlıq irsinin rəqəmsal qorunması, ekoloji dizayn yanaşmaları və yaradıcı sənayelər üçün yeni nəsil mütəxəssislərin hazırlanması məsələləri ətrafında geniş müzakirələr aparılır.
11:21 / 12 Noyabr 2026
1
11:19 / 12 Noyabr 2026
13
11:05 / 12 Noyabr 2026
32
11:00 / 12 Noyabr 2026
58
10:45 / 12 Noyabr 2026
89
10:39 / 12 Noyabr 2026
91
10:36 / 12 Noyabr 2026
80
10:27 / 12 Noyabr 2026
219
10:20 / 12 Noyabr 2026
82
10:18 / 12 Noyabr 2026
79
10:05 / 12 Noyabr 2026
200
09:51 / 12 Noyabr 2026
90
09:48 / 12 Noyabr 2026
91
09:42 / 12 Noyabr 2026
243
09:36 / 12 Noyabr 2026
101
09:22 / 12 Noyabr 2026
710
08:13 / 12 Noyabr 2026
221
08:05 / 12 Noyabr 2026
80
07:20 / 12 Noyabr 2026
139
03:10 / 12 Noyabr 2026
163
01:25 / 12 Noyabr 2026
297
00:55 / 12 Noyabr 2026
266
00:43 / 12 Noyabr 2026
169
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.