Pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA
12 Noyabr 2026, 11:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2077
16.04.2026, 11:07
Azərbaycanın toy biznesində son zamanlar tətbiq edilən kreativ yeniliklər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bu xidmətlər arasında xüsusilə "Bəyin dostu" xidməti həm orijinallığı, həm də qiyməti ilə diqqət çəkir. Belə ki, toy məclisini daha rəngarəng etmək istəyən bəylər, hər bir nəfər üçün 150 manat ödəməklə peşəkar "dostlar" sifariş edə bilirlər.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən sosioloq Naib Niftəliyev bildirib ki, bu cür xidmətlərin yaranması kreativ bir ideyadır və sosial marketinq baxımından maraqlı yanaşmadır. Onun sözlərinə görə, dəbə çevrilən hər bir yenilik kütləvi psixologiyaya və sosial qarşılıqlı təsirə əhəmiyyətli dərəcədə təsir göstərir:
"Burada qeyri-adi və qeyri-ciddi heç nə yoxdur. Sadəcə, kimlərsə həqiqi dostluqla yanaşı, bu atmosferi müəyyən ödənişli xidmət müqabilində daha da canlandırmaq istəyir. Adətən rəqqaslar və maraqlı çıxışlar edənlər bəyin dostu kimi təqdim olunur ki, bu da məclisə kreativlik, yenilik və musiqi ruhu qatır”.
Ekspert qeyd edib ki, toy insanların həyatında bir dəfə baş verən önəmli hadisə olduğu üçün hər kəs onu yaddaqalan etməyə çalışır. Lakin qiymət faktoru məsələnin digər tərəfidir. Bir nəfər üçün 150 manat, 10 nəfərlik qrup üçün isə 1500 manat xidmət haqqı bəziləri üçün sadə cib xərcliyi olsa da, orta təbəqə üçün ciddi maliyyə yükü hesab oluna bilər.
Sosioloq əlavə edib ki, bu bir biznes növüdür və heç kim bu xidmətdən istifadəyə məcbur edilmir: "İnsanlar öz kreativ düşüncələri ilə qanuni şəkildə vergi ödəyərək gəlir qazanırlarsa, bunu yalnız alqışlamaq olar”.
Çimnaz Telmanqızı
11:21 / 12 Noyabr 2026
1
11:19 / 12 Noyabr 2026
13
11:05 / 12 Noyabr 2026
32
11:00 / 12 Noyabr 2026
58
10:45 / 12 Noyabr 2026
89
10:39 / 12 Noyabr 2026
91
10:36 / 12 Noyabr 2026
80
10:27 / 12 Noyabr 2026
219
10:20 / 12 Noyabr 2026
82
10:18 / 12 Noyabr 2026
79
10:05 / 12 Noyabr 2026
200
09:51 / 12 Noyabr 2026
90
09:48 / 12 Noyabr 2026
91
09:42 / 12 Noyabr 2026
243
09:36 / 12 Noyabr 2026
101
09:22 / 12 Noyabr 2026
710
08:13 / 12 Noyabr 2026
221
08:05 / 12 Noyabr 2026
80
07:20 / 12 Noyabr 2026
139
03:10 / 12 Noyabr 2026
163
01:25 / 12 Noyabr 2026
297
00:55 / 12 Noyabr 2026
266
00:43 / 12 Noyabr 2026
169
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.