Bu halda təqaüdünüz dayandırılacaq
20 İyun 2026, 00:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
534
10.04.2026, 15:03
Haqqında cinayət işi açılan şəxs ziyanı ödəyəndən sonra TƏBİB-də icraçı direktorun müşaviri oldu, TƏBİB-in idarəetməsində problemin kökünü bu cür şəxslərdə axtarmaq lazımdır.
Oxu24.com-un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı deputat Müşfiq Məmmədli bildirib.
Deputat deyib ki, “ziyanı ödə və məsuliyyətdən azad ol” yanaşması kifayət etmir və praktika göstərir ki, bu norma sui-istifadə üçün zəmin yaradır. Müşfiq Məmmədli konkret faktlara diqqət çəkib: “Qobustan və Şamaxı rayon mərkəzi xəstəxanalarının-PHŞ-nin sabiq direktoru Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdar mənimsəmə) və 313-cü (vəzifə saxtakarlıgı) maddələri ilə 2025-ci ildə ittiham olunub, mənimsədiyi vəsaitin bir hissəsini geri qaytardığı üçün şərti cəza alıb. Lakin bu gün həmin şəxs özəl sektorda “Batıgöz” klinikasında və bir necə özəl klinikada baş həkim və digər məsul vəzifələrdə fəaliyyət göstərir.
Digər bir fakt odur ki, Sumqayıt Tibb Mərkəzinin sabiq direktoru barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdar mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlıgı) maddələri ilə 2023-cü ildə cinayət işi aparılıb. Lakin təyinatdan kənar istifadə olunmuş (və yaxud mənimsənilmiş vəsaitin) ödənilməsi əsası ilə həmin şəxs cinayət məsuliyyətindən azad edilib. Daha sonra isə o, 2024-cü ildə əvvəlcə TƏBİB-də icraçı direktorun müşaviri, daha sonra isə Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ-nın (400 mindən artıq əhalisi olan rayonun) direktoru vəzifəsinə təyin olunub. Haşiyəyə çıxaraq söyləyim ki, əslində səhiyyə islahatlarının avanqardı və müasir korporativ idarəetmə modelinə örnək olan TƏBİB-in idarəetməsində bir qədər öncə yaranan problemin kökünü, bu cür məsələlərdə və bu cür şəxslərdə axtarmaq lazımdır. Bu faktlar açıq şəkildə göstərir ki, mövcud yanaşma real həyatda ciddi problemlərə səbəb olur. Bu, sadəcə hüquqi məsələ deyil. Bu, ictimai etimad məsələsidir. Bu, dövlət idarəçiliyinin nüfuz məsələsidir”.
Müşfiq Məmmədli qeyd edib ki, məhz buna görə Cinayət Məcəlləsinin 308-1-ci maddəsinin qeyd hissəsinə 3-cü bənd əlavə etmək lazımdır: “Qeyd edilməlidir ki, bu maddə üzrə əməli törətmiş və dövlət büdcə vəsaitinin sərəncamçısı olmuş şəxs, zərəri ödəməsindən asılı olmayaraq, gələcəkdə dövlət və özəl sektorda rəhbər vəzifə tutmaq hüququndan məhrum edilir. Bu təklif cəzanı sərtləşdirmək məqsədi daşımır. Bu, idarəetmə sistemində sağlamlaşdırıcı və profilaktik mexanizmin yaradılmasıdır. Dövlət vəsaitinə münasibətdə sıfır tolerantlıq nümayiş etdirməli, vəzifəli şəxslər üçün daha yüksək etik və hüquqi standart müəyyən etməli, və ən əsası, bu cür halların təkrarlanmasının qarşısını almalıyıq”.
00:22 / 20 İyun 2026
529
00:13 / 20 İyun 2026
207
00:10 / 20 İyun 2026
94
23:56 / 19 İyun 2026
1174
23:51 / 19 İyun 2026
88
23:49 / 19 İyun 2026
179
23:19 / 19 İyun 2026
168
23:03 / 19 İyun 2026
2101
22:56 / 19 İyun 2026
199
22:40 / 19 İyun 2026
294
22:34 / 19 İyun 2026
509
22:24 / 19 İyun 2026
92
22:18 / 19 İyun 2026
91
22:06 / 19 İyun 2026
102
21:56 / 19 İyun 2026
627
21:53 / 19 İyun 2026
116
21:17 / 19 İyun 2026
92
21:15 / 19 İyun 2026
94
21:08 / 19 İyun 2026
93
20:58 / 19 İyun 2026
403
20:56 / 19 İyun 2026
98
20:54 / 19 İyun 2026
104
20:50 / 19 İyun 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.