Prezidentin köməkçisi: BQXK-nın itkin düşmüş Azərbaycan vətəndaşları ilə bağlı işini qənaətbəxş hesab etmirik
01 May 2026, 21:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1052
10.04.2026, 13:08
İstilik təchizatı şəbəkəsinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər təsdiqlənib.
Oxu24.com-un xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Mühafizə zonalarında paylayıcı ilə əvvəlcədən razılaşdırılmaqla aşağıdakı təsərrüfat işləri aparıla bilər:
- dəmir yollarının, avtomobil yollarının, boru kəmərlərinin, rabitə xətlərinin, digər kommunikasiya qurğularının və elektrik şəbəkələrinin layihələndirilməsi, tikintisi, quraşdırılması və sökülməsi ilə bağlı şəbəkənin mühafizə zonasından istifadə etmək zərurəti yarandığı hallarda;
- torpaq sahələrində həmin sahələrin müvəqqəti subasması ilə əlaqədar işlərin görülməsi;
- torpaq işlərinin aparılması və planlaşdırılması;
- quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədilə geoloji-seysmik, geodeziya və başqa axtarış işləri;
- daşına bilən metal və ya ağac konstruksiyadan müxtəlif təyinatlı konteyner və ya köşklərin qoyulması.
Göstərilən işlərin şəbəkələrin mühafizə zonalarında aparılmasına dair rəsmi razılıq almış hüquqi və fiziki şəxslər həmin işlərin yerinə yetirilməsi zamanı şəbəkələrin istismarı üçün normal şərait yaradılmasını və zədələnməsinin qarşısının alınmasını, həmçinin insanların həyat və sağlamlığının təhlükəsizliyini təmin etməlidirlər. Mühafizə zonalarında göstərilən işlər görülərkən şəbəkənin istismarının dayandırılması zərurəti yarandığı hallarda şəbəkənin istismarının dayandırılması paylayıcı tərəfindən hüquqi və ya fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir.
Həmçinin oxuyun
Yeraltı şəbəkələrin tikinti konstruksiyalarından və ya boru kəmərlərinin kanalsız çəkilişində izolyasiya örtüyündən binalara, qurğulara və mühəndis şəbəkələrinə qədər olan şaquli məsafələr
Yerüstü şəbəkələrin tikinti konstruksiyalarından və ya boru kəmərlərinin kanalsız çəkilişində izolyasiya örtüyündən binalara, qurğulara və mühəndis şəbəkələrinə qədər olan şaquli məsafələr

Qeydlər.
Yer səthindən və ya avtomobil yollarının örtüyündən (I, II və III dərəcəli avtomobil yollarından başqa) istilik şəbəkələrinin dərinliyi, aşağıda göstərilənlərdən az olmayaraq qəbul edilməlidir:
kanal və tunellərin örtüklərinin üstünə qədər - 0,5 m;
kameraların örtüklərinin üstünə qədər - 0,3 m;
kanalsız çəkilişdə boru örtüyünün üstünə qədər - 0,7 m. Avtomobil hərəkəti olmayan hissədə tunellər və kanallar üçün olan kameraların və ventilyasiya şaxtalarının örtüklərinin yer səthindən 0,4 m-dən az olmayaraq hündürlüyə çıxarılmasına yol verilir;
istilik şəbəkələrinin binaya girişində yer səthindən kanalların və ya tunellərin örtüyünün üstünə qədər basdırılma dərinliyi 0,3 m, kanalsız çəkilişdə isə örtüyün üstünə qədər - 0,5 m;
qrunt sularının səviyyəsi yüksək olduqda və bu zaman nəqliyyatın hərəkəti pozulmadıqda kanal və tunellərin yerləşdiyi basdırılma dərinliyinin azaldılmasına və örtüklərinin yer səthindən ən azı 0,4 m yuxarı qaldırılmasına yol verilir.
İstilik şəbəkələrinin alçaq dayaqlarda yerüstü çəkilişində yer səthindən boru kəmərlərinin istilik izolyasiyasının aşağısına qədər olan məsafə aşağıda göstərilənlərdən az olmamalıdır:
borular qrupunun eni 1,5 m-ə qədər olduqda 0,35 m-dən;
borular qrupunun eni 1,5 m-dən artıq olduqda 0,5 m-dən.
İstilik şəbəkələri yeraltı çəkilərkən güc, nəzarət və rabitə kabelləri ilə kəsişdikdə onların altında və ya üstündə yerləşdirilə bilər.
Açıq istilik təchizatı sistemlərinin su istilik şəbəkələri və ya isti su təchizatı şəbəkələri kanalsız çəkildikdə və kanalizasiya şəbəkələrinin altında və ya üstündə yerləşdikdə aralarındakı məsafə 0,4 m-dən az olmayaraq qəbul edilir.
İstilik şəbəkələri elektrik kabelləri ilə kəsişdikdə, gərginliyi 35 kV-a qədər olan güc və ya nəzarət kabellərinin basdırıldığı dərinlikdə qruntun temperaturu, ən kənar kabeldən 2 m-ə qədər məsafədə, yayda ən yüksək orta aylıq temperaturundan 10 °C-dən, qışda qruntun ən alçaq orta aylıq temperaturundan 15 °C-dən yuxarı olmamalıdır və yağla doldurulmuş kabellərin basdırıldığı dərinlikdə qruntun temperaturu, ən kənar kabeldən 3 m-ə qədər məsafədə, ilin istənilən vaxtında qruntun orta aylıq temperaturundan 5 °C-dən yuxarı olmamalıdır.
Ümumi dəmir yolu şəbəkələri ilə istilik şəbəkələrinin qabaran qruntlarda yeraltı kəsişmə yerlərində basdırılma dərinliyi elə hesablanmalıdır ki, istilik ayrılmaları şaxta nəticəsində qruntun qabarmasının müntəzəmliyinə təsir etməsin. İstilik şəbəkələrinin basdırılma dərinliyinin hesabına tələb olunan temperatur rejimini təmin etmək mümkün olmadıqda, tunellərin (kanalların, futlyarların) ventilyasiyası, kəsişmə sahələrində qabaran qruntun dəyişdirilməsi və ya istilik şəbəkələrinin yerüstü çəkilişi nəzərdə tutulur.
Telefon kanalizasiyasının blokuna və ya borularda zirehli rabitə kabelinə qədər olan məsafə xüsusi normalar üzrə dəqiqləşdirilməlidir.
İstilik şəbəkələrinin rabitə kabelləri, telefon kanalizasiyasının blokları, gərginliyi 35 kV-a qədər olan güc və ya nəzarət kabelləri ilə yeraltı kəsişmə yerlərində, müvafiq əsaslandırıldıqda gücləndirilmiş istilik izolyasiyasının qurulması və bu qeydlərin 5, 6 və 7-ci bəndlərinin tələblərinə riayət edilməsi ilə, aralarındakı şaquli məsafənin azaldılmasına yol verilir.
21:59 / 01 May 2026
11
21:57 / 01 May 2026
11
21:48 / 01 May 2026
23
21:44 / 01 May 2026
25
21:40 / 01 May 2026
31
21:35 / 01 May 2026
32
21:33 / 01 May 2026
36
21:30 / 01 May 2026
35
21:27 / 01 May 2026
34
21:22 / 01 May 2026
137
21:16 / 01 May 2026
154
21:10 / 01 May 2026
230
21:04 / 01 May 2026
156
20:57 / 01 May 2026
58
20:53 / 01 May 2026
42
20:49 / 01 May 2026
44
20:47 / 01 May 2026
139
20:40 / 01 May 2026
60
20:29 / 01 May 2026
56
20:16 / 01 May 2026
68
20:08 / 01 May 2026
71
19:59 / 01 May 2026
180
19:44 / 01 May 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.