Zəhərli və lazımsız maddələri orqanizmdən necə xaric etməli?
09 May 2026, 01:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
5886
10.04.2026, 11:37
Azərbaycan Respublikasında dövlət satınalmalarının daha şəffaf, operativ və səmərəli təşkili məqsədilə Maliyyə Nazirliyinin “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (https://rdmis.gov.az/ RDMİS) tərkib hissəsi olan “e-müqavilə” altsistemi istifadəyə verilib.
Bu barədə Oxu24.com-a Maliyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, bu gün, aprelin 10-dan etibarən mərhələli şəkildə büdcə təşkilatları tərəfindən mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin bağlanılması və göndərilməsi “e-müqavilə” altsistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.
“e-müqavilə” altsistemi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satınalma müqavilələrinin elektron formada hazırlanmasını, razılaşdırılmasını və imzalanmasını, bu müqavilələrin sistem üzərindən göndərilməsini və proseslərin vahid platformada izlənilməsini təmin edir.
Yeni sistem dövlət satınalmalarında müasir idarəetmə yanaşmalarının tətbiqi və rəqəmsal transformasiyanın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tətbiq olunan idarəetmə yanaşması müqavilə, uçot və ödəniş zəncirinin RDMİS-in vahid mərkəzləşdirilmiş elektron mühitində idarə edilməsini təmin edir. Bu isə müqavilə öhdəliklərinin sistemli uçotunun aparılmasına, eləcə də dövlət vəsaitlərinin hərəkətinin daha şəffaf və operativ şəkildə izlənilməsinə imkan verir.
Həmçinin oxuyun
Eyni zamanda, adıçəkilən informasiya sistemində toplanan məlumatlar əsasında gələcəkdə süni intellekt texnologiyalarının tətbiqi nəzərdə tutulur ki, bu da risklərin əvvəlcədən müəyyən edilməsinə əlavə imkanlar yaradacaqdır.
Sistemin tətbiqi həmçinin, kağız sənəd dövriyyəsinin azalmasına, əməliyyatların operativliyinin artmasına və insan amilindən irəli gələn risklərin minimuma endirilməsinə xidmət edir. Bu yanaşma dövlət xəzinədarlığı tərəfindən həyata keçirilən ödənişlərin daha dəqiq və əsaslandırılmış şəkildə icrasının təmin edilməsi ilə yanaşı, həm büdcə təşkilatları, həm də təchizatçılar üçün praktiki üstünlüklər yaradır.
Belə ki, büdcə təşkilatları üçün müqavilələrin hazırlanması, razılaşdırılması və icrasına nəzarət proseslərinin vahid elektron mühitdə həyata keçirilməsi idarəetmənin daha çevik və şəffaf təşkilinə imkan verir, vaxt itkilərini və inzibati yükü azaldır. Təchizatçılar isə müqavilələrin elektron qaydada operativ imzalanması, statusunun real vaxt rejimində izlənilməsi və ödəniş prosesləri ilə bağlı məlumatlara birbaşa çıxış əldə etməklə proseslərdə daha aktiv və məlumatlı iştirak imkanı qazanırlar.
Sözügedən sistem istifadəyə verilməzdən əvvəl Maliyyə Nazirliyi tərəfindən büdcə təşkilatlarının dövlət satınalmaları prosesində, o cümlədən müqavilələrin tərtibində iştirak edən əməkdaşları üçün “e-müqavilə” sisteminin tətbiqi və istifadə qaydaları ilə bağlı praktik təlimlər keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanından irəli gələn tapşırıqlara uyğun olaraq hazırlanan “e-müqavilə” sistemi dövlət vəsaiti hesabına mal, iş və xidmətlərin satın alınmasının elektron müqavilələr əsasında həyata keçirilməsinin təmin edilməsi və bu müqavilələrin elektron qaydada bağlanılmasının təşkili istiqamətində həyata keçirilən tədbirlərin davamıdır.
01:00 / 09 May 2026
29
00:48 / 09 May 2026
144
00:30 / 09 May 2026
167
00:21 / 09 May 2026
153
00:00 / 09 May 2026
62
23:40 / 08 May 2026
63
23:25 / 08 May 2026
159
23:17 / 08 May 2026
196
22:47 / 08 May 2026
179
22:38 / 08 May 2026
75
22:28 / 08 May 2026
224
22:14 / 08 May 2026
97
22:13 / 08 May 2026
57
22:06 / 08 May 2026
61
21:59 / 08 May 2026
58
21:48 / 08 May 2026
1170
21:39 / 08 May 2026
229
21:29 / 08 May 2026
87
21:10 / 08 May 2026
188
20:52 / 08 May 2026
278
20:48 / 08 May 2026
127
20:36 / 08 May 2026
81
20:18 / 08 May 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.