Tanınmış həkim vəfat etdi - FOTO
09 Aprel 2026, 23:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
266
09.04.2026, 20:14
Antidepresantların və ishala qarşı dərmanların uzunmüddətli istifadəsi ölüm riski yarada bilər.
Oxu24.com xəbər verir ki, tədqiqatçılar bu nəticəyə 650 mindən çox pasiyentin məlumatlarını analiz etdikdən sonra gəliblər.
Alimlər təxminən 20 il ərzində yetkin pasiyentlərin elektron tibbi qeydlərini öyrəniblər. Analizə həm qıcıqlanmış bağırsaq sindromunun müalicəsi üçün xüsusi təsdiqlənmiş dərmanlar, həm də praktikada geniş istifadə olunan vasitələr antidepressantlar, spazmolitiklər və ishal əleyhinə preparatlar daxil edilib.
Bu yanaşma klinik sınaqlardan kənarda qalan uzunmüddətli təsirləri qiymətləndirməyə imkan verib.
Həmçinin oxuyun
Nəticələr göstərib ki, antidepressantların uzunmüddətli istifadəsi ölüm riskini təxminən 35 faiz artırıb.
İshal əleyhinə dərmanlar, o cümlədən "Loperamide" və "Diphenoxylate" qəbul edən qrupda ölüm riski təxminən iki dəfə yüksək olub.
Bununla yanaşı, digər müalicə üsullarında, o cümlədən spazmolitiklərdə belə bir hal aşkar edilməyib.
Müəlliflər vurğulayıblar ki, araşdırma dərmanların ölümə birbaşa səbəb olduğunu sübut etmir. Artan risk pasiyentlərin ümumi sağlamlıq vəziyyəti, xəstəliyin ağırlığı və yanaşı xəstəliklərlə bağlı ola bilər.
Xüsusilə ürək-damar fəsadları və insultların mümkün rolu qeyd olunur./News24.az
23:39 / 09 Aprel 2026
1
23:18 / 09 Aprel 2026
93
23:11 / 09 Aprel 2026
118
22:58 / 09 Aprel 2026
41
22:44 / 09 Aprel 2026
49
22:34 / 09 Aprel 2026
61
22:19 / 09 Aprel 2026
87
21:56 / 09 Aprel 2026
75
21:46 / 09 Aprel 2026
66
21:29 / 09 Aprel 2026
64
21:09 / 09 Aprel 2026
65
20:58 / 09 Aprel 2026
66
20:36 / 09 Aprel 2026
114
20:00 / 09 Aprel 2026
162
19:59 / 09 Aprel 2026
215
19:44 / 09 Aprel 2026
91
19:30 / 09 Aprel 2026
168
19:16 / 09 Aprel 2026
235
19:02 / 09 Aprel 2026
114
18:50 / 09 Aprel 2026
84
18:40 / 09 Aprel 2026
115
18:30 / 09 Aprel 2026
114
18:20 / 09 Aprel 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.