Metro bağlanır: Avtobuslar pulsuz olacaq?
09 Aprel 2026, 21:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
105
09.04.2026, 18:40
Səhiyyə sistemində son dövrlər aparılan struktur dəyişiklikləri, islahatlar müzakirələrə səbəb olub. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) birləşdirilməsi paralel idarəetmə mexanizmləri məsələsini gündəmə gətirib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev sığorta sistemindən ƏƏSMN-ə keçidi və yeni strukturda rolu da diqqət mərkəzindədir.
Eyni zamanda, TƏBİB və Səhiyyə Nazirliyi arasında səlahiyyət bölgüsü, funksional təkrarlanma və koordinasiya problemləri uzun müddətdir tənqid olunur və sistemin effektivliyinə birbaşa təsir edir.
Digər tərəfdən, Vüqar Qurbanovun TƏBİB sədrliyindən uzaqlaşdırılması, eləcə də onunla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev arasında korrupsiya iddiaları müzakirələri daha da dərinləşib. Bu fonda birinin vəzifədən kənarlaşdırılması, digərinin isə yeni strukturda irəli çəkilməsi islahatların kadr siyasəti aspektini də gündəmə gətirir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ƏƏSMN-ə birləşdirildi, bəs TƏBİB-in taleyi necə olacaq? Onun Səhiyyə Nazirliyinə birləşdirilməsi mümkündürmü? Vüqar Qurbanov niyə qurbanlıq seçildi, amma Zaur Əliyev xilas oldu?
Oxu24.com xəbər verir ki, globalinfo.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, Azərbaycanda səhiyyənin təşkili dünya praktikasına uyğun deyil.
Onun sözlərinə görə, dünyanın heç bir ölkəsində Azərbaycandakı kimi dublikat strukturlar yaradılmır, əksinə, inkişaf etmiş ölkələrdə idarəetmə paralel qurumların aradan qaldırılması yolu ilə təkmilləşdirilir:
“Səhiyyə sistemi dövlətin təhlükəsizliyinin əsas sütunlarındandır. Dövlətin mövcudluğunu birbaşa müəyyən edən amillərdən hesab olunur. Belə bir sahədə eksperimentlərin aparılması, beynəlxalq təcrübəyə zidd addımların atılması yalnız vətəndaşların konstitusion sağlamlıq hüququnun pozulmasına deyil, eyni zamanda, dövlət üçün ciddi təhlükələr yaradır”.
S.Cəlaloğlu qeyd edib ki, həmin korrupsiya faktlarını dəfələrlə mətbuatda səsləndirib, lakin vəziyyət dəyişməyib:
“Əksinə, bu qurumlar saxlanılır və səhiyyə sisteminin vəziyyəti günbəgün daha da pisləşir. Tibbi xidmətin keyfiyyəti aşağı düşür, səhiyyə orqanları üzərində nəzarət isə demək olar ki, sıfır səviyyəsindədir. Konkret vahid idarəetmə orqanı olmadığı üçün hər hansı məsələ üzrə kimin məsuliyyət daşıdığı və hansı səlahiyyətlərə malik olduğu aydın deyil”.
Həmçinin oxuyun
Onun sözlərinə görə, tibb sistemindəki nəzarətsizlik ciddi və təhlükəli nəticələr doğurur:
“Azərbaycanda tibbi təhsili olmayan şəxslərin həkimlik fəaliyyəti ilə məşğul olması barədə çoxsaylı faktlar ortaya çıxıb. Belə hallar səhiyyə sistemində ikili idarəetmənin, yəni dublikat strukturların mövcudluğunun nəticəsidir. Səhiyyə Nazirliyi ilə TƏBİB arasındakı rəqabət də sağlam xarakter daşımır. Bu, keyfiyyətin artırılması naminə deyil, daha çox maraqlar və qeyri-rəsmi gəlirlər uğrunda aparılan mübarizədir”.
S.Cəlaloğlunun fikrincə, bu vəziyyətin əsas yükü vətəndaşların üzərinə düşür:
“İnsanlar günbəgün artan səhiyyə xərcləri ilə üzləşirlər, lakin effektiv və keyfiyyətli tibbi xidmət ala bilmirlər. Bunun ən açıq göstəricilərindən biri də odur ki, yüksək vəzifəli şəxslər belə müalicə üçün xarici ölkələrə üz tuturlar. Bu isə yerli səhiyyə sisteminə etimadsızlığın bariz nümunəsidir”.
Partiya sədri konkret bir faktı da misal çəkib:
“Bakıda uzun müddət müəyyən diaqnozla müalicə olunan bir xəstə Türkiyədə müayinədən keçdikdən sonra məlum olub ki, ona qoyulan diaqnoz tamamilə səhv imiş. Tətbiq edilən müalicə də düzgün olmayıb. Nəticədə xəstə nəinki sağalıb, əksinə əlavə problemlərlə üzləşib”.
S.Cəlaloğlu bildirib ki, mövcud vəziyyət ciddi sosial nəticələr doğurur:
“Dərmanların və tibbi xidmətlərin qiymətləri sürətlə artır, lakin keyfiyyət bununla uzlaşmır. Xəstəxanalarda uzun növbələr yaranır və vətəndaşların əksəriyyəti xidmətlərdən narazıdır. Əhalinin tələbatını ödəməyən belə bir sistemin mövcudluğu qəbuledilməzdir. Bu sahədə köklü və sistemli islahatlar aparılmasa, problemlər daha da dərinləşəcək və nəticədə zərər yenə də vətəndaşların üzərinə düşəcək”.
21:56 / 09 Aprel 2026
10
21:46 / 09 Aprel 2026
24
21:29 / 09 Aprel 2026
37
21:09 / 09 Aprel 2026
43
20:58 / 09 Aprel 2026
45
20:36 / 09 Aprel 2026
73
20:14 / 09 Aprel 2026
195
20:00 / 09 Aprel 2026
146
19:59 / 09 Aprel 2026
175
19:44 / 09 Aprel 2026
75
19:30 / 09 Aprel 2026
158
19:16 / 09 Aprel 2026
211
19:02 / 09 Aprel 2026
97
18:50 / 09 Aprel 2026
67
18:30 / 09 Aprel 2026
98
18:20 / 09 Aprel 2026
71
18:10 / 09 Aprel 2026
160
18:00 / 09 Aprel 2026
85
17:56 / 09 Aprel 2026
117
17:50 / 09 Aprel 2026
71
17:34 / 09 Aprel 2026
495
17:24 / 09 Aprel 2026
76
17:22 / 09 Aprel 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.