Toyuq alarkən bunlara diqqət edin – Ekspertdən XƏBƏRDARLIQ
07 İyul 2026, 14:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
542
09.04.2026, 13:50
Təkcə ötən gün xəsarətlə nəticələnən 5 yol-nəqliyyat hadisəsindən 3-ü motosiklet sürücülərinin iştirakı ilə baş verib.
Oxu24.com xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin motosiklet və moped sürücülərinə müraciətində deyilir.
Məlumata görə, Yasamal, Xətai və Abşeron rayonları ərazisində qeydə alınan bu hadisələrin hər biri toqquşma ilə nəticələnib. Qeyd olunub ki, cari ilin ilk 3 ayı ərzində isə respublika üzrə motosiklet və moped sürücülərinin təqsiri səbəbindən baş verən 5 yol-nəqliyyat hadisəsində 3 nəfər həyatını itirib, 2 nəfər xəsarət alıb.
Müraciətdə deyilir ki, motosiklet və moped sürücülərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri bu kateqoriyadan olan nəqliyyat vasitələrinin idarə olunması zamanı yol hərəkəti qaydalarına ciddi riayət edilməsinin vacibliyini bir daha göstərir: "Bu nəqliyyat vasitələrinin konstruktiv xüsusiyyətləri də risk səviyyəsini artıran əsas amillərdəndir. Belə ki, zərbə zamanı sürücünü əhatə edən qoruyucu karkas və passiv təhlükəsizlik elementlərinin (təhlükəsizlik kəməri, hava yastığı və s.) mövcud olmaması səbəbindən toqquşmaların təsiri birbaşa sürücünün üzərinə düşür və bu da xəsarətlərin daha ağır olmasına gətirib çıxarır".
Baş Dövlət Yol Polisi İdarəsi motosiklet və moped sürücülərinin diqqətinə çatdırır ki, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün yol hərəkəti qaydalarına ciddi riayət olunmalı, yol və hava şəraitinə uyğun sürət düzgün seçilməli, manevr zamanı təhlükəsizlik qaydalarına əməl edilməli, həmçinin qoruyucu vasitələrdən istifadə təmin olunmalıdır: "Bu tələblərin pozulması ağır yol-nəqliyyat hadisələrinə, bəzən isə insan həyatının itirilməsi ilə nəticələnən faciələrə səbəb olur. Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri məsuliyyətli davranmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırır".
14:48 / 07 İyul 2026
1
14:46 / 07 İyul 2026
9
14:31 / 07 İyul 2026
39
14:00 / 07 İyul 2026
58
13:55 / 07 İyul 2026
55
13:52 / 07 İyul 2026
70
13:45 / 07 İyul 2026
67
13:40 / 07 İyul 2026
73
13:36 / 07 İyul 2026
73
13:29 / 07 İyul 2026
74
13:23 / 07 İyul 2026
68
13:15 / 07 İyul 2026
76
13:10 / 07 İyul 2026
985
12:54 / 07 İyul 2026
325
12:53 / 07 İyul 2026
78
12:42 / 07 İyul 2026
82
12:31 / 07 İyul 2026
481
12:25 / 07 İyul 2026
86
12:18 / 07 İyul 2026
162
12:00 / 07 İyul 2026
1914
11:58 / 07 İyul 2026
91
11:52 / 07 İyul 2026
236
11:51 / 07 İyul 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.