Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan və Litva Baş nazirləri görüşdü

Azərbaycan və Litva Baş nazirləri görüşdü

CƏMİYYƏT

56

09.04.2026, 12:58

Baş nazir Əli Əsədov Litva Respublikasının Baş naziri İnqa Ruqinieneni ilə görüşüb, iki ölkə arasında əməkdaşlığını hər iki tərəf üçün fayda verəcək şəkildə genişləndirilməsi müzakirə olunub.
Oxu24.com xəbər verir ki, bu barədə İnqa Ruqiniene X-da paylaşım edib.
“Azərbaycan və Litva arasında əməkdaşlığını hər iki tərəf üçün fayda verəcək şəkildə genişləndirmək üçün aydın potensial mövcuddur. Görüş zamanı iqtisadi əməkdaşlıq, enerji sahəsi və nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı məsələlərinə xüsusi diqqət yetirdik. Eyni zamanda regional və qlobal proseslər ətrafında fikir mübadiləsi apardıq. Hibrid təhdidlər də daxil olmaqla, təhlükəsizlik və dayanıqlılıq sahələrində tərəfdaşlığımızın gücləndirilməsinin vacibliyini vurğuladıq”, - deyə Litvanın Baş naziri vurğulayıb.