İlham Əliyev ABŞ senatoru ilə görüşdü
07 İyul 2026, 11:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
557
08.04.2026, 23:14
Regionda artan hərbi gərginlik fonunda nüvə obyektlərinin hədəfə alınması ilə bağlı yayılan məlumatlar narahatlıq doğurur. Xüsusilə İranın Buşehr nüvə elektrik stansiyası ətrafında baş verən hadisələr radiasiya təhlükəsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Son açıqlamalara görə, Buşehr ətrafına endirilən zərbələr aktiv nüvə obyektinə yaxınlığı səbəbilə potensial radioaktiv sızma riskini artırır. İran rəsmiləri bu hücumların davam etməsinin region üçün “ciddi radioloji təhlükə” yarada biləcəyini vurğulayır və beynəlxalq qurumları vəziyyətə dərhal reaksiya verməyə çağırır.
KONKRET.az bildirir ki, mövzu ilə bağlı radioloq Eldar Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, radiasiya sızmasının yayılması birbaşa qəzanın miqyası və növü ilə əlaqəlidir:
“Əgər yalnız texniki nasazlıq və ya kiçik zədələnmə baş verərsə, radiasiya əsasən obyekt daxilində və yaxın ərazilərdə, təxminən 10-30 km radiusda məhdud qalır. Daha ciddi hallarda, məsələn soyutma sisteminin sıradan çıxması zamanı radioaktiv maddələr atmosferə qalxaraq 100-300 km məsafəyə qədər yayıla bilər. Ən ağır ssenarilərdə isə, yəni reaktorun ciddi zədələnməsi və ya əriməsi halında radioaktiv bulud min kilometrlərlə məsafə qət edə bilər, lakin bu zaman uzaqlaşdıqca təsirin gücü əhəmiyyətli dərəcədə zəifləyir. Radiasiyanın yayılmasında əsas rolu meteoroloji şərait oynayır və xüsusilə küləyin istiqaməti həlledici faktordur. Azərbaycanın Buşehrə olan məsafəsi təxminən 1000 km-ə yaxındır və bu, riskin qiymətləndirilməsində mühüm amildir”.
O bildirib ki, yüksək dozalı radiasiya təsiri ehtimalı praktik olaraq çox aşağı hesab olunur:
“Yalnız çox ağır qəza və uyğun olmayan külək istiqaməti üst-üstə düşərsə, zəif səviyyəli radioaktiv izlərin regiona çatması nəzəri olaraq mümkündür. Belə bir halda risk daha çox kəskin deyil, uzunmüddətli xarakter daşıyır. Bu, əsasən torpaq, su və qida zəncirində radioaktiv maddələrin yığılması ilə bağlı ola bilər. İnsan sağlamlığı üçün isə bu cür aşağı dozalar illər ərzində müəyyən xəstəlik risklərini cüzi şəkildə artıra bilər, lakin bu təsirlər dərhal hiss olunmur. Hazırkı vəziyyətə əsasən bölgədə hər hansı radiasiya artımı qeydə alınmayıb və real təhlükə mövcud deyil”.
11:10 / 07 İyul 2026
15
11:09 / 07 İyul 2026
25
11:05 / 07 İyul 2026
30
11:01 / 07 İyul 2026
77
10:53 / 07 İyul 2026
124
10:48 / 07 İyul 2026
40
10:46 / 07 İyul 2026
42
10:39 / 07 İyul 2026
53
10:32 / 07 İyul 2026
51
10:15 / 07 İyul 2026
285
10:12 / 07 İyul 2026
67
09:59 / 07 İyul 2026
66
09:58 / 07 İyul 2026
802
09:38 / 07 İyul 2026
446
09:34 / 07 İyul 2026
135
09:27 / 07 İyul 2026
65
09:24 / 07 İyul 2026
72
09:16 / 07 İyul 2026
283
09:11 / 07 İyul 2026
184
09:08 / 07 İyul 2026
66
00:44 / 07 İyul 2026
155
00:18 / 07 İyul 2026
694
00:16 / 07 İyul 2026
167
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.