Uşaqlara bir ölçü böyük bez bağlayın - Yoxsa...
23 May 2026, 01:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
577
07.04.2026, 12:15
Məhkəmə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırova bir ay vaxt verib.
Oxu24.com "Qaynarinfo"ya istinadən xəbər verir ki, agentlik barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 539.3-cü (Dövlət Əmək Müfəttişliyi tərəfindən verilən qanuni əmrlərin və ya tələblərin icra edilməməsi, yaxud müfəttişin fəaliyyətinə maneə törədilməsi ilə bağlı inzibati məsuliyyət) maddəsi ilə protokol tərtib edilib.
Sənəd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib edilib və işə məhkəmədə baxılıb.
Məlum olub ki, vətəndaş X.A.-nın şikayəti əsasında Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən, agentliyə 2025-ci ildə məktub göndərilərək, həmin şəxsə aid qeyd olunan sənədlərin təqdim edilməsi tələb olunub, lakin sənədlər hələ də təqdim edilməyib.
Məhkəmənin qərarı ilə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və bu məcəllənin 116.1-ci maddəsinə əsasən, şərti olaraq 2 000 manat məbləğində cərimə olunub. Agentlik tərəfindən törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilib və nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilməyəcək. Hüquqpozma aradan qaldırılmadıqda cərimə ödəniləcək.
01:03 / 23 May 2026
1
00:16 / 23 May 2026
128
00:09 / 23 May 2026
138
00:06 / 23 May 2026
106
00:04 / 23 May 2026
66
00:00 / 23 May 2026
69
23:49 / 22 May 2026
92
23:45 / 22 May 2026
225
23:43 / 22 May 2026
152
23:38 / 22 May 2026
103
23:30 / 22 May 2026
165
23:30 / 22 May 2026
91
23:19 / 22 May 2026
102
23:18 / 22 May 2026
120
23:14 / 22 May 2026
110
23:02 / 22 May 2026
297
22:56 / 22 May 2026
83
22:56 / 22 May 2026
84
22:52 / 22 May 2026
147
22:47 / 22 May 2026
79
22:40 / 22 May 2026
213
22:34 / 22 May 2026
841
22:16 / 22 May 2026
216
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.