Mayda hava belə OLACAQ
29 Aprel 2026, 14:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
646
07.04.2026, 11:00
Ölkəmizdə hər il istismar olunan çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşür. Statistik göstəricilərə əsasən, hazırda respublikada hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir.
Bunu nəzərə alaraq, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na əsasən Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanmış, həmçinin proqramın tətbiqi ilə əlaqədar ümumilikdə 10-dan çox qanunvericilik aktına dəyişiklik və əlavələr edilib.
Bəs hazırda bu sahədə vəziyyət necədir?
Suala cavab almaq üçün “Təmiz şəhər” ASC-yə müraciət etdik. Qurumdan Bizim.Media-ya bildirilib ki, “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun uyğun olaraq, ötən müddət ərzində “Təmiz Şəhər” ASC tərəfindən utilizatorların reyestrdə qeydiyyatı üçün tədbirlər görülüb:
“Utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən 4 utilizator (Bakıda “Fors” MMC, Abşeron rayonunda “Fast Track” MMC, Gəncədə “Semsan” və Sumqayıtda “Eco Metal” MMC şirkəti) reyestrdə qeydiyyata alınaraq istismar müddəti başa çatan, eləcə də istifadəyə yararsız nəqliyyat vasitələrinin qəbuluna başlayıb.
Nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq məqsədilə elektron portal istifadəyə verilib.
Mövcud tələblərə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən qaydada əvvəlcə nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Daha sonra zəruri məlumatlar istifadəyə verilmiş www.nvu.gov.az elektron portalına daxil edilərək, ərizəçiyə göndərilən elektron məlumat əsasında nəqliyyat vasitəsi qəbul məntəqəsinə təhvil verilməlidir.
Nəqliyyat vasitəsi utilizasiyaya təqdim edildikdən sonra onu utilizatora təhvil verən şəxsə təsdiqedici sənəd təqdim edilir. Həmin sənəd əsasında birdəfəlik ödəniş və ya yerli istehsal yeni nəqliyyat vasitəsi almaq üçün güzəşt almaq mümkündür.
“Təmiz Şəhər” ASC-nin operatorluğu ilə həyata keçirilən prosesdə ötən ilin oktyabr ayından indiyə qədər 25 min 300 nəqliyyat vasitəsi utilizasiyaya verilib və bu rəqəm hər gün artmaqdadır.
Nəqliyyat vasitələrinin utilizasiyası proqramı çərçivəsində 1348 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsinin güzəştlə satışı həyata keçirilmiş, 1 milyon manatdan çox birdəfəlik ödəniş isə ərizəçilərin bank hesabına ödənilmişdir.
Həmçinin oxuyun
Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında aparılır və məcburi xarakter daşımır”.
Məlumdur ki, köhnə avtomobillər əsasən bölgələrdədir. Həmin avtomobilləri mərkəzi şəhərlərə daşımaq isə xeyli vəsait tələb edir. Ona görə də bölgələrdə yaşayan köhnə avtomobil sahibləri prosesə o qədər də həvəslə qoşulmurlar.
Elə isə regionlarda qəbul məntəqələrinin açılması istiqamətində hansısa iş gedirmi?
Suala cavab olaraq qurumdan bildirilib ki, utilizatorlar özəl şirkətlərdir və müvafiq reyestrdə qeydiyyatdan keçərək “Təmiz Şəhər” ASC-nin operatorluğu ilə fəaliyyət göstərirlər:
“Cəmiyyət olaraq məqsədimiz utilizatorların sayının artırılmasıdır.
Hazırda ölkə üzrə 4 utilizator fəaliyyət göstərir. Bakı, Gəncə və Abşeronla yanaşı, 2026-cı ilin mart ayından etibarən artıq Sumqayıt şəhərində də yeni utilizator məntəqəsi nəqliyyat vasitələrinin qəbuluna başlayıb.
Bölgələrdə utilizator kimi fəaliyyət göstərmək istəyən sahibkarlar “Təmiz Şəhər” ASC-yə müraciət edə bilərlər. Ölkə ərazisində nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini həyata keçirmək üçün müəyyən olunmuş tələblərə cavab verən şirkətlərin utilizator kimi qeydiyyata alınmasında hər hansı məhdudiyyət nəzərdə tutulmur”.
Bu məsələdə maraq doğuran digər bir məqam utilizasiya qiymətləridir. Məlumdur ki, utilizasiya qiyməti bir neçə il əvvəl müəyyən edilib. Ötən dövrdə isə infilyasiyanın həcmi kifayət qədər yüksək olub.
Bəs utilizasiya qiymətlərinə yenidən baxıla bilərmi?
“Təmiz Şəhər” ASC-dən bununla bağlı bildirilib ki, utilizasiya ilə bağlı qiymətlərin artırılması istiqamətdə hazırlanmış təkliflərlə bağlı müzakirələr aparılır.
16:15 / 29 Aprel 2026
2
16:09 / 29 Aprel 2026
14
15:55 / 29 Aprel 2026
25
15:50 / 29 Aprel 2026
30
15:48 / 29 Aprel 2026
34
15:38 / 29 Aprel 2026
29
15:37 / 29 Aprel 2026
37
15:33 / 29 Aprel 2026
29
15:30 / 29 Aprel 2026
134
15:19 / 29 Aprel 2026
161
15:10 / 29 Aprel 2026
40
14:59 / 29 Aprel 2026
46
14:55 / 29 Aprel 2026
124
14:47 / 29 Aprel 2026
62
14:42 / 29 Aprel 2026
52
14:40 / 29 Aprel 2026
137
14:34 / 29 Aprel 2026
207
14:04 / 29 Aprel 2026
1238
13:45 / 29 Aprel 2026
62
13:33 / 29 Aprel 2026
48
13:23 / 29 Aprel 2026
54
13:18 / 29 Aprel 2026
606
13:05 / 29 Aprel 2026
198
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.