Çəki artımının səbəbi çox yemək deyilmiş: Mütəxəssis açıqladı
19 İyun 2026, 21:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
704
07.04.2026, 09:59
Ermənistanda azyaşlı uşağı olan ailələrə sərhəd kəndlərində mənzil əldə etmək imkanları yaradılıb.
Oxu24.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin müşaviri Qyane Karagezyan deyib.
Karagezyan bildirib ki, bununla bağlı dövlət proqramı icra edilir: “Proqramda iştirak etmək üçün kənddə tikinti icazəsi, layihə planı və smeta ilə birlikdə torpaq sahəsinə sahib olmaq lazımdır”.
Erməni rəsmi qeyd edib ki, sərhəd kəndlərində əhali sayının artırılması istiqamətində işləyirlər.
“Əsasən məktəblərdə boş yer sayının 50 faizdən çox olduğu kəndlərə üstünlük verilir. Bu yerlərin ən azı 20 faizi doldurulmalıdır. Əsas tələblərə əlavə olaraq, bir şərt də var: proqramda iştirak etmək istəyənlərin ən azı 10 yaşdan kiçik bir uşağı olmalıdır. Bununla yanaşı, İrəvanda daşınmaz əmlakı olmamalıdır. Bu, hökumət tərəfindən tikilən əmlakın bağ evinə çevrilməsi riskinə qarşıdır. Proqramda iştirak etmək istəyənlərə sərhəd kəndlərində yaşamaları üçün bütün dəstək veriləcək. Lakin bura Tavuş bölgəsinin 4 sərhəd kəndi daxil deyil: Bağanis, Bibiş (Berkaber), Əskipara və Kirants”, - o bildirib.
Bu kəndlərin istisna edilməsi Azərbaycanla sərhədin delimitasiyası prosesindən qaynaqlanır. Sərhədin müəyyənləşməsi prosesində Qazaxın anklav olan kəndlərinin qaytarılacağı gözlənilir.
21:17 / 19 İyun 2026
15
21:15 / 19 İyun 2026
16
21:08 / 19 İyun 2026
26
20:58 / 19 İyun 2026
121
20:56 / 19 İyun 2026
64
20:54 / 19 İyun 2026
37
20:50 / 19 İyun 2026
62
20:35 / 19 İyun 2026
262
20:29 / 19 İyun 2026
61
20:06 / 19 İyun 2026
59
19:51 / 19 İyun 2026
61
19:39 / 19 İyun 2026
350
19:29 / 19 İyun 2026
87
18:54 / 19 İyun 2026
705
18:49 / 19 İyun 2026
107
18:39 / 19 İyun 2026
103
18:23 / 19 İyun 2026
97
18:06 / 19 İyun 2026
515
17:59 / 19 İyun 2026
65
17:59 / 19 İyun 2026
75
17:48 / 19 İyun 2026
107
17:41 / 19 İyun 2026
85
17:38 / 19 İyun 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.