Soyuducuya maqnit yapışdıranlara CİDDİ XƏBƏRDARLIQ
06 Aprel 2026, 23:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
101
04.04.2026, 12:16
Aprelin 2-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün elan etdiyi ümumi qrant müsabiqəsi çərçivəsində, Mədəniyyət Nazirliyinin dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu və Mədəniyyət TV-nin media tərəfdaşlığı ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib.
Akademik Milli Dram Teatrında baş tutan tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, şəhid ailələri və qazilər, ziyalılar, gənclər təşkilatlarının təmsilçiləri, könüllü gənclər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Aprel döyüşləri şəhidi, “Murov qartalı” ləqəbli polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova qeyd edib ki, Azərbaycan Ordusunun Aprel döyüşlərində başladığı şanlı yol sonradan 44 günlük Vətən müharibəsində böyük Qələbə ilə nəticələnib. Aprel döyüşlərində qəhrəmanların açdığı cığırla irəliləyən Azərbaycan əsgəri onların missiyasını layiqincə davam etdirərək torpaqlarımızın azadlığını təmin edib və şəhidlərin qisasını alıb. Bu baxımdan, Aprel döyüşləri müasir tariximizdə Qələbəyə aparan yolun başlanğıcı kimi xüsusi əhəmiyyət daşıyır.
Ədəbi-bədii gecədə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Veysəloğlu Şirkətlər Qrupunun Baş icraçı direktorunun müavini İlqar Nuri, Aprel döyüşləri şəhidi Nurlan Əsgərovun və Vətən müharibəsi şəhidi İntiqam Əsgərovun anası Ziba Əsgərova, Birinci Qarabağ müharibəsi şəhidi Mehman Bayramovun və Aprel döyüşləri şəhidi kapitan Vaqif Bayramovun anası Zeynəb Bayramova çıxış ediblər.
Veysəloğlu Şirkətlər Qrupunun Baş icraçı direktorunun müavini İlqar Nuri çıxışı zamanı Aprel döyüşlərində şəhid olmuş 90 qəhrəmanın adını bir-bir səsləndirib. Bu təsirli məqam zalda xüsusi duyğusal anlar yaşadıb və iştirakçılar tərəfindən dərin ehtiramla qarşılanıb.
Çıxış edənlər Aprel döyüşlərinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı böyük Zəfərin başlanğıcı olduğunu vurğulayaraq, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirin sonunda tanınmış incəsənət xadimlərinin iştirakı ilə şəhidlərin əziz və unudulmaz xatirəsinə ithaf olunmuş “Xatirələr muzeyi” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Kompozisiya Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış qəhrəmanların real həyat hekayələri əsasında hazırlanıb. Kompozisiyanın ideya müəllifi Sevinc Orucova, ssenari müəllifi Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi, şair-yazıçı İlqar Fəhmi, quruluşçu rejissoru isə Əməkdar artist Nicat Kazımovdur.
Həmçinin oxuyun




23:36 / 06 Aprel 2026
18
23:18 / 06 Aprel 2026
103
23:00 / 06 Aprel 2026
48
22:44 / 06 Aprel 2026
148
22:31 / 06 Aprel 2026
55
22:16 / 06 Aprel 2026
177
22:07 / 06 Aprel 2026
191
21:52 / 06 Aprel 2026
163
21:33 / 06 Aprel 2026
69
21:26 / 06 Aprel 2026
80
21:08 / 06 Aprel 2026
88
20:56 / 06 Aprel 2026
205
20:50 / 06 Aprel 2026
206
20:38 / 06 Aprel 2026
173
20:30 / 06 Aprel 2026
78
20:10 / 06 Aprel 2026
238
20:06 / 06 Aprel 2026
109
20:02 / 06 Aprel 2026
162
20:00 / 06 Aprel 2026
202
19:55 / 06 Aprel 2026
67
19:50 / 06 Aprel 2026
89
19:49 / 06 Aprel 2026
215
19:43 / 06 Aprel 2026
1429
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.