Səhər saatlarında zəlzələ oldu
10 İyun 2026, 09:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
6140
06.04.2026, 11:50
Azərbaycanda ali təhsil müəssisələrinin regionlara köçürülməsi məsələsi yenidən gündəmə gəlib.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Anar Məmmədov Oxu24.com-un sorğusuna münasibət bildirib.
Deputat qeyd edib ki, universitetlərin bölgələrə yerləşdirilməsi həm dövlətçilik, həm də iqtisadi dirçəliş baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu təşəbbüs Azərbaycanın 2027–2030-cu illəri əhatə edəcək sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində nəzərdə tutulur.
Anar Məmmədov vurğulayıb ki, ali təhsil müəssisələrinin regionlara köçürülməsi yalnız tələbə sayının artmasına deyil, eyni zamanda yüksək ixtisaslı kadrların bölgələrə axınına da şərait yaradacaq. O əlavə edib ki, Qarabağ Universitetinin yaradılması bu siyasətin uğurlu başlanğıcı hesab oluna bilər.
Deputatın fikrincə, hazırda universitetlərin böyük əksəriyyətinin Bakıda cəmləşməsi paytaxtda bir sıra problemlər yaradır. Bunlara nəqliyyat sıxlığının artması, tıxacların çoxalması və kirayə mənzil bazarında qiymətlərin süni şəkildə yüksəlməsi daxildir.
Onun sözlərinə görə, universitetlərin regionlara köçürülməsi bu problemlərin həllinə müsbət təsir göstərəcək, eyni zamanda paytaxtda mənzil əlçatanlığını artıracaq.
Anar Məmmədov hesab edir ki, yeni strategiyada ixtisaslaşma prinsipi əsas götürülməlidir. Belə ki, kənd təsərrüfatı yönümlü fakültələrin Tərtər, Bərdə və Gəncə kimi bölgələrdə, sənaye və energetika sahələrinin isə Sumqayıt, Mingəçevir və “yaşıl enerji” zonalarında yerləşdirilməsi məqsədəuyğundur. Bu yanaşma tələbələrin nəzəri biliklərini praktikada tətbiq etməsinə imkan yaradacaq.
Deputat həmçinin bildirib ki, məqsəd yalnız universitetləri fiziki olaraq köçürmək deyil, həm də təhsilin məzmununu yeniləməkdir. Onun sözlərinə görə, regionlarda təhsil alan tələbələr müasir standartlara uyğun proqramlarla təmin olunmalıdır.
Tərtər rayonuna universitet köçürülməsi məsələsinə də toxunan deputat qeyd edib ki, bu istiqamətdə hələlik konkret qərar açıqlanmayıb. Lakin bölgələrin potensialına uyğun olaraq belə addımların atılması mümkündür.
Sonda Anar Məmmədov bildirib ki, universitetlərin regionlara köçürülməsi Azərbaycanın intellektual potensialının balanslı inkişafına xidmət edəcək və yeni təhsil mərhələsinin əsasını qoyacaq.
Nərmin Balacayeva
09:45 / 10 İyun 2026
12
09:43 / 10 İyun 2026
19
09:42 / 10 İyun 2026
19
09:40 / 10 İyun 2026
31
09:39 / 10 İyun 2026
26
01:04 / 10 İyun 2026
283
00:24 / 10 İyun 2026
331
00:01 / 10 İyun 2026
209
23:52 / 09 İyun 2026
180
23:36 / 09 İyun 2026
297
23:26 / 09 İyun 2026
154
23:23 / 09 İyun 2026
144
23:15 / 09 İyun 2026
149
23:09 / 09 İyun 2026
120
23:03 / 09 İyun 2026
195
22:59 / 09 İyun 2026
300
22:52 / 09 İyun 2026
545
22:41 / 09 İyun 2026
138
22:06 / 09 İyun 2026
139
21:47 / 09 İyun 2026
150
21:29 / 09 İyun 2026
182
21:23 / 09 İyun 2026
129
21:11 / 09 İyun 2026
167
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.