Aprelin pensiyası bu TARİXDƏ VERİLƏCƏK
06 Aprel 2026, 14:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
147
06.04.2026, 11:02
Azərbaycanda operativ nəqliyyat vasitələrinin siyahısı genişləndirilir.
Oxu24.com xəbər verir ki, bu, "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişiklikdə əks olunub.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bugünkü birgə iclasında müzakiryə çıxarılan dəyişikliyə əsasən, prokurorluq orqanlarına məxsus olan və kriminalistik avadanlıqlarla təmin edilərək hadisə yerində təxirəsalınmaz prosessual hərəkətlərin yerinə yetirilməsi, növbətçi əməkdaşların hadisə yerinə çatdırılması və ya təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələri də operativ nəqliyyat vasitəsi hesab ediləcək.
Sənəddə vurğulanıb ki, dəyişiklik hüquq-mühafizə, habelə digər xüsusi təyinatlı dövlət orqanlarının fəaliyyətinin daha səmərəli təşkilinə yönəlib. Xüsusilə prokurorluq orqanlarına məxsus, kriminalistik avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitələrinin bu kateqoriyaya daxil edilməsi mövcud praktiki tələbatdan irəli gəlir.
Həmçinin oxuyun
Belə ki, hadisə yerinə operativ şəkildə çatdırılmanın təmin edilməsi, təxirəsalınmaz prosessual hərəkətlərin yerinə yetirilməsi və operativ-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin nəqliyyat vasitələrinin digər operativ xidmətlərlə eyni hüquqi statusa malik olması zərurəti yaranıb.
Qeyd olunub ki, dəyişiklik hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsini, hadisələrə çevik reaksiya verilməsini və cinayətlərin açılması prosesinin artırılmasını təmin edəcək. Eyni zamanda, bu nəqliyyat vasitələrinə xüsusi işıq və səs siqnallarından istifadə hüququnun verilməsi onların yol hərəkətində üstünlüyünü təmin etməklə ictimai təhlükəsizliyin daha etibarlı qorunmasına xidmət edəcək.
14:24 / 06 Aprel 2026
27
14:17 / 06 Aprel 2026
171
14:15 / 06 Aprel 2026
30
14:11 / 06 Aprel 2026
41
14:09 / 06 Aprel 2026
32
13:48 / 06 Aprel 2026
178
13:45 / 06 Aprel 2026
39
13:40 / 06 Aprel 2026
36
13:33 / 06 Aprel 2026
536
13:15 / 06 Aprel 2026
57
13:10 / 06 Aprel 2026
56
13:06 / 06 Aprel 2026
52
13:01 / 06 Aprel 2026
110
12:51 / 06 Aprel 2026
199
12:45 / 06 Aprel 2026
62
12:39 / 06 Aprel 2026
875
12:35 / 06 Aprel 2026
570
12:30 / 06 Aprel 2026
63
12:28 / 06 Aprel 2026
88
12:05 / 06 Aprel 2026
77
11:59 / 06 Aprel 2026
73
11:55 / 06 Aprel 2026
73
11:55 / 06 Aprel 2026
65
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.