“Manset.az” 5 yaşında -MÜSAHİBƏ
10 İyun 2026, 10:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
647
06.04.2026, 10:51
Bakıdakı tıxac problemini həll etmək adı ilə rayon qeydiyyatlı nəqliyyat vasitələrinin paytaxta girişinin ödənişli olması və ya məhdudlaşdırılması barədə təkliflər cəmiyyətdə ciddi müzakirələrə və etirazlara səbəb olub.
Nəqliyyat eksperti Raqif Raufoğlu məsələ ilə bağlı Oxu24.com-a verdiyi açıqlamada bu yanaşmaya münasibət bildirərək, problemin kökünün tamamilə başqa yerdə olduğunu bildirib.
"Tıxacın səbəbi rayon maşınları deyil, mərkəzləşmədir".
Ekspert qeyd edib ki, Bakıda tıxacın əsas səbəbi dövlət idarələrinin, nazirliklərin və universitetlərin hamısının şəhərin mərkəzində cəmləşməsidir. Onun sözlərinə görə, qeyri-iş günlərində Bakı yollarının boş olması bunun ən bariz sübutudur:
"Kənd Təsərrüfatı Nazirliyinin və ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin binası mərkəzdə olmasa nə baş verəcək? Minlərlə işçisi olan iri nazirlikləri şəhərin tən ortasına düzüb, sonra günahı rayon maşınlarında axtarmaq gülməlidir. Bu, çox dayaz və absurd yanaşmadır."
"Rayondan Bakıya kimsə kef üçün gəlmir".
R. Raufoğlu vurğulayıb ki, rayondan gələnlərin böyük əksəriyyəti paytaxta məcburi səbəblərdən – iş tapmaq, məhsul satmaq və ya xeyir-şər məclisləri üçün gəlirlər:
“Rayonlarda iş imkanları aşağı olduğu üçün insanlar Bakıya axışır. Bakı Avropa meqapolisləri kimi hələ ki, daxili turistlərin "kef üçün" axın etdiyi şəhər deyil.
"Rayon-Bakı" söhbətlərinin yenidən gündəmə gətirilməsi vətəndaşlar arasında iyrənc bir süni baryer yaradır”.
Real həll yolları nələrdir?
Ekspert problemin qlobal və köklü həlli üçün bir neçə konkret təklif irəli sürüb:
1.İdarə və Universitetlərin köçürülməsi: Böyük dövlət qurumları və ali təhsil müəssisələri təcili olaraq şəhər mərkəzindən kənara çıxarılmalıdır.
2.Avtomobil idxalına nəzarət: Əgər problem maşın sayıdırsa, hər il ölkəyə daxil olan 100 mindən çox avtomobilin sayına gömrük səviyyəsində müəyyən məhdudiyyətlər qoyulmalıdır.
3.Rayonların inkişafı: İnsanların Bakıya gəlməyə məcbur qalmaması üçün rayonlarda iş yerləri və iqtisadi imkanlar artırılmalıdır.
Dünyanın heç bir yerində “sən rayondan bura gəlmə” deyə bir yanaşma yoxdur. Bu, Azərbaycan kimi bir ölkədə qəbuledilməzdir. Rayon maşınlarının girişini məhdudlaşdırmaqla heç nə dəyişməyəcək," - deyə Raqif Raufoğlu fikrini tamamlayıb.
Çimnaz Telmanqızı
10:53 / 10 İyun 2026
1
10:50 / 10 İyun 2026
14
10:34 / 10 İyun 2026
56
10:32 / 10 İyun 2026
43
10:30 / 10 İyun 2026
57
10:24 / 10 İyun 2026
64
10:18 / 10 İyun 2026
53
10:16 / 10 İyun 2026
46
10:08 / 10 İyun 2026
512
10:02 / 10 İyun 2026
85
09:58 / 10 İyun 2026
92
09:45 / 10 İyun 2026
56
09:43 / 10 İyun 2026
49
09:42 / 10 İyun 2026
57
09:40 / 10 İyun 2026
181
09:39 / 10 İyun 2026
62
01:04 / 10 İyun 2026
311
00:24 / 10 İyun 2026
377
00:01 / 10 İyun 2026
224
23:52 / 09 İyun 2026
183
23:36 / 09 İyun 2026
309
23:26 / 09 İyun 2026
161
23:23 / 09 İyun 2026
148
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.