Bakıda Pirşağı istiqamətində marşrut avtobusları yenilənir
12 Noyabr 2026, 16:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
13766
05.04.2026, 11:09
Azərbaycan futbolunda illərdir müzakirə olunan maliyyə şəffaflığı məsələsi yenidən gündəmə gəlib. Xüsusilə AFFA ilə SOCAR arasında uzun illər ərzində formalaşmış maliyyə münasibətləri və ayrılan iri həcmli vəsaitlərin taleyi ictimai maraq doğuran əsas mövzulardan biri olaraq qalır.
Bu fonda hazırkı AFFA prezidenti Rövşən Nəcəfin səsləndirdiyi fikirlər diqqəti bir daha keçmiş dövrə yönəldib. Belə ki, jurnalistin sualını cavablandıran R.Nəcəf deyib ki, Rövnəq Abdullayevin dövründə xərclənən pulların yoxlaması aparılmır.
Halbuki, 2008-2024-cü illərdə həm SOCAR-a, həm də AFFA-ya rəhbərlik etmiş Rövnəq Abdullayevin dövründə bu quruma yüz milyonlarla manat vəsait ayrılıb və onların konkret taleyi barədə ictimaiyyətə məlumat verilməyib.
Əgər bu qədər böyük maliyyə axını olubsa və bu gün də həmin vəsaitlərin taleyi cəmiyyət üçün qaranlıq qalırsa, niyə bu istiqamətdə institusional araşdırmalar aparılmasın?
Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, araşdırmanı əslində AFFA yox, əlaqədar dövlət qurumları aparmalıdır:
“Məsələn, Hesablama Palatası, Baş Prokurorluq və digər səlahiyyətli orqanların yoxlama aparmaq hüququ var. AFFA artıq uzun müddət təhvil-təslim prosesini başa çatdırıb. Əgər AFFA özündə təhvil-təslim zamanı yoxlama aparsaydı, bu məntiqli olardı. İndi isə işlərin araşdırılması əsasən dövlət orqanlarının, dediyim kimi, xüsusilə Hesablama Palatasının səlahiyyətinə aiddir”.
N.Cəfərli əlavə edib ki, əgər problem aşkarlanarsa, müvafiq tədbirlər görülməlidir:
“Əgər ortalıqda hansısa problemlər varsa, onların həlli üçün rəsmi dövlət qurumları və istintaq orqanları araşdırma aparmalıdır. AFFA istintaq orqanı deyil və özü özünü yoxlaya bilməz. Yəni kənar audit yoxlamasına ehtiyac var”.
17:19 / 12 Noyabr 2026
1
16:25 / 12 Noyabr 2026
69
16:21 / 12 Noyabr 2026
91
15:55 / 12 Noyabr 2026
85
15:36 / 12 Noyabr 2026
386
15:15 / 12 Noyabr 2026
136
15:12 / 12 Noyabr 2026
85
14:15 / 12 Noyabr 2026
147
14:04 / 12 Noyabr 2026
405
13:59 / 12 Noyabr 2026
334
13:55 / 12 Noyabr 2026
121
13:45 / 12 Noyabr 2026
234
13:36 / 12 Noyabr 2026
313
13:29 / 12 Noyabr 2026
143
13:21 / 12 Noyabr 2026
160
13:20 / 12 Noyabr 2026
183
13:18 / 12 Noyabr 2026
569
13:16 / 12 Noyabr 2026
183
13:07 / 12 Noyabr 2026
490
13:04 / 12 Noyabr 2026
122
13:00 / 12 Noyabr 2026
134
12:40 / 12 Noyabr 2026
135
12:25 / 12 Noyabr 2026
162
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.