Qaynar xətt:

(+99450) 247 90 86

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq? - Tarif Şurası açıqladı

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq? - Tarif Şurası açıqladı

CƏMİYYƏT

131

03.04.2026, 22:30

Xəbər verdiyimiz kimi, yeni tikilən 81,7 kilometrlik Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olacaq. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Oxu24.com Trend-ə istinadla bildirir ki, qərara əsasən, ödənişin məbləğinin müəyyən edilməsi ilə bağlı tapşırıqlar da verilib. Belə ki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası avtomobil yolunun dərəcəsini nəzərə almaqla nəqliyyat vasitələrinin gedişi üçün ödəniş məbləğini təsdiq etməlidir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə isə bu qərardan irəli gələn məsələlərin həlli tapşırılıb.

Tarif (qiymət) Şurasından bildirilib ki, ödəniş məbləği Agentliyin təklifləri təqdim edildikdən sonra müzakirə edilərək müəyyən olunacaq.

Qeyd edək ki, qərar aprelin 1-dən qüvvəyə minib. (Trend)