Pensiya alanlara şad xəbər
13 Noyabr 2026, 09:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2794
15.03.2026, 15:30
Azərbaycanın tanınmış iş adamı və “Sea Breeze” layihəsinin rəhbəri Emin Ağalarov Kann şəhərində keçirilən beynəlxalq MIPIM sərgisi çərçivəsində Sea Breeze ərazisində yeni layihənin həyata keçirilməsi ilə bağlı razılaşma imzalayıb.
Oxu24.com musavat.com-a istinadla xəbər verir ki, söhbət Azərbaycanda ilk dəfə yaradılacaq otel tipli lüks qocalar evi kompleksindən gedir.
Layihə çərçivəsində Sea Breeze ərazisində yaşlı insanlar üçün nəzərdə tutulan xüsusi yaşayış kompleksi yaradılacaq. Bu format Azərbaycanda ilk dəfə tətbiq olunacaq. Müqavilənin imzalanmasında Sea Breeze Health Valley beynəlxalq tibbi klasterinin CEO-su Konstantin Qrinfeld və Mediterranean Towers Assisted Living şəbəkəsinin vitse-prezidenti Boris Levin iştirak ediblər.
Məlumata görə, yeni kompleksdə yaşlı insanlar üçün komfortlu yaşayış, tibbi müşayiət və müxtəlif rekreasiya zonaları nəzərdə tutulur. Layihə həm yaşayış, həm də sağlamlıq xidmətlərini birləşdirən xüsusi konsepsiya əsasında qurulacaq.
Qeyd edək ki, bu cür otel tipli və ya premium qocalar evləri dünyada xüsusilə Avropa və ABŞ-da geniş yayılıb. Belə mərkəzlər adətən yüksək xidmət səviyyəsi, tibbi nəzarət, sosial fəaliyyət imkanları və komfortlu yaşayış şəraiti ilə seçilir. Bu səbəbdən də onlar çox vaxt bahalı və elit xidmət növü hesab olunur.
Bir sıra sosial dövlətlərdə isə belə mərkəzlərdə qalma xərcləri bəzən pensiya sistemləri və ya dövlət sosial proqramları tərəfindən qismən qarşılanır. Xüsusilə yüksək pensiya gəlirləri olan yaşlılar bu formatı daha çox seçirlər.
Hazırda Azərbaycanda yaradılacaq bu kompleksdə ödəniş mexanizminin necə olacağı barədə rəsmi məlumat açıqlanmayıb. Yəni xidmətlərin tamamilə özəl ödəniş əsasında olub-olmayacağı, yaxud hansısa sosial mexanizmlərin tətbiq ediləcəyi hələlik bəlli deyil.
Bununla belə, layihənin əsasının qoyulması göstərir ki, Sea Breeze-də premium formatlı qocalar evi konsepsiyası Azərbaycanda ilk dəfə tətbiq olunacaq və ölkədə yaşlı insanlar üçün yeni xidmət modelinin formalaşmasına səbəb ola bilər.
10:25 / 13 Noyabr 2026
37
10:22 / 13 Noyabr 2026
45
10:20 / 13 Noyabr 2026
37
10:08 / 13 Noyabr 2026
77
10:02 / 13 Noyabr 2026
50
09:51 / 13 Noyabr 2026
92
09:46 / 13 Noyabr 2026
603
09:44 / 13 Noyabr 2026
101
09:38 / 13 Noyabr 2026
85
09:34 / 13 Noyabr 2026
118
09:33 / 13 Noyabr 2026
67
09:31 / 13 Noyabr 2026
75
01:52 / 13 Noyabr 2026
296
01:49 / 13 Noyabr 2026
821
01:42 / 13 Noyabr 2026
54
00:49 / 13 Noyabr 2026
156
00:18 / 13 Noyabr 2026
148
00:17 / 13 Noyabr 2026
231
23:53 / 12 Noyabr 2026
1797
23:51 / 12 Noyabr 2026
240
23:40 / 12 Noyabr 2026
296
23:34 / 12 Noyabr 2026
157
23:24 / 12 Noyabr 2026
1130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.