Pensiya alanlara şad xəbər
13 Noyabr 2026, 09:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
674
15.03.2026, 15:14
Bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
Bu barədə Oxu24.com-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 267 imtahan binası, 4645 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 267 ümumi imtahan rəhbəri, 767 imtahan rəhbəri, 5776 nəzarətçi, 807 buraxılışı rejimi əməkdaşı (mühafizə), 267 bina nümayəndəsi ayrılıb.
İmtahanda 67 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.
Bu gün saat 15:30-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq. Şagirdlər onları maraqlandıran sualları canlı yayımın şərh bölməsinə yaza bilərlər.
Martın 16-dan etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.
İlkin məlumatlara əsasən, 4 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.
İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 7 həftə ərzində elan olunması nəzərdə tutulur.
İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında), həmçinin etalon cavabları canlı yayımdan sonra DİM-in sosial şəbəkə hesablarından əldə edə biləcəklər.
10:25 / 13 Noyabr 2026
37
10:22 / 13 Noyabr 2026
45
10:20 / 13 Noyabr 2026
37
10:08 / 13 Noyabr 2026
77
10:02 / 13 Noyabr 2026
50
09:51 / 13 Noyabr 2026
92
09:46 / 13 Noyabr 2026
603
09:44 / 13 Noyabr 2026
101
09:38 / 13 Noyabr 2026
85
09:34 / 13 Noyabr 2026
118
09:33 / 13 Noyabr 2026
67
09:31 / 13 Noyabr 2026
75
01:52 / 13 Noyabr 2026
296
01:49 / 13 Noyabr 2026
821
01:42 / 13 Noyabr 2026
54
00:49 / 13 Noyabr 2026
156
00:18 / 13 Noyabr 2026
148
00:17 / 13 Noyabr 2026
231
23:53 / 12 Noyabr 2026
1797
23:51 / 12 Noyabr 2026
240
23:40 / 12 Noyabr 2026
296
23:34 / 12 Noyabr 2026
157
23:24 / 12 Noyabr 2026
1130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.