COVID-19-a yoluxmuş nazir hələ də işə çıxmır
13 Noyabr 2026, 11:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
7991
13.03.2026, 12:23
Oxu24.com xəbər verir ki, Azərbaycanın tanınmış memar-alimlərindən biri olan Gülçöhrə Məmmədova hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru vəzifəsində çalışır. Onun ailəsi ilə bağlı maraqlı məqamlardan biri də atasının sovet dövründə yüksək vəzifələrdə çalışmasıdır.
Məlumata görə, Gülçöhrə Məmmədovanın atası Hüseyn Məmmədov olub. O, sovet dövründə Ermənistan SSR-də müxtəlif məsul vəzifələrdə çalışmış tanınmış dövlət və partiya xadimlərindən biri kimi tanınıb.
Tarixi məlumatlara əsasən, Hüseyn Məmmədov 1939-cu ildən Ermənistan LKGİnin Zəngibasar rayon komitəsində əvvəlcə ikinci, daha sonra birinci katib vəzifəsində fəaliyyət göstərib. Bir müddət sonra isə Ermənistan Kommunist Partiyasının Zəngibasar Rayon Komitəsinin təbliğat-təşviqat şöbəsinə rəhbərlik edib.
1941-ci ilin iyun ayında o, Zəngibasar Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilib. 1943–1946-cı illərdə Vedi Rayon Partiya Komitəsinin, 1946–1947-ci illərdə isə Zəngibasar Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışıb.
1947–1950-ci illərdə Moskvada ÜİK(b)P Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbində təhsil alan Hüseyn Məmmədov daha sonra müxtəlif dövlət vəzifələrində fəaliyyətini davam etdirib. O, bir müddət Ermənistan SSR kənd təsərrüfatı nazirinin müavini olub, daha sonra isə “Sovet Ermənistanı” qəzetində məsul katib vəzifəsinə təyin edilib. Sonradan Vedi Rayon İcraiyyə Komitəsinin sədri kimi də fəaliyyət göstərib.
1960-cı ildə Hüseyn Məmmədov Amasiya rayonu Partiya Komitəsinin birinci katibi seçilib və üç il bu vəzifədə çalışıb. Daha sonra isə Ermənistan SSR Xalq Nəzarəti Komitəsində təşkilat şöbəsi müdirinin müavini vəzifəsində işləyib. 1970-ci ilin sonunda 55 yaşında respublika dərəcəli fərdi təqaüdə çıxıb.
O, həmçinin Ermənistan SSR Ali Sovetinin II, IV və V çağırış deputatı olub, Ali Sovetin Rəyasət Heyətinin üzvü və sədr müavini kimi də fəaliyyət göstərib. Dövlət fəaliyyətinə görə “Vətən müharibəsi” ordeni və bir sıra medallarla təltif olunub.
Qeyd edək ki, Gülçöhrə Məmmədova 24 aprel 1953-cü ildə Vedi rayonunda anadan olub. O, memarlıq sahəsində uzun illər elmi fəaliyyət göstərərək professor və memarlıq doktoru elmi dərəcələrini alıb, müxtəlif illərdə Milli Məclisin deputatı kimi də fəaliyyət göstərib. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru vəzifəsində çalışır.
Hüseyn Məmmədov 1994-cü ilin aprel ayında Bakıda vəfat edib. Onun ailəsi vaxtilə indiki Ermənistan ərazisində yaşamış azərbaycanlı ziyalı ailələrindən biri kimi tanınır.
Nərmin Balacayeva
11:15 / 13 Noyabr 2026
21
11:12 / 13 Noyabr 2026
26
11:00 / 13 Noyabr 2026
44
10:50 / 13 Noyabr 2026
49
10:45 / 13 Noyabr 2026
50
10:39 / 13 Noyabr 2026
59
10:25 / 13 Noyabr 2026
80
10:22 / 13 Noyabr 2026
93
10:20 / 13 Noyabr 2026
68
10:08 / 13 Noyabr 2026
268
10:02 / 13 Noyabr 2026
74
09:51 / 13 Noyabr 2026
137
09:46 / 13 Noyabr 2026
926
09:44 / 13 Noyabr 2026
126
09:38 / 13 Noyabr 2026
100
09:34 / 13 Noyabr 2026
142
09:33 / 13 Noyabr 2026
83
09:31 / 13 Noyabr 2026
94
01:52 / 13 Noyabr 2026
298
01:49 / 13 Noyabr 2026
863
01:42 / 13 Noyabr 2026
77
00:49 / 13 Noyabr 2026
157
00:18 / 13 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.