Azərbaycanın paytaxtı DƏYİŞDİRİLİR?
18 May 2026, 02:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
532
11.03.2026, 10:11
Azərbaycan Mərkəzi Bankı (AMB) risk əsaslı nəzarət prosesləri çərçivəsində 2026-2027-ci illəri əhatə edən "Bank Nəzarəti Strategiyası"nı təsdiq edib.
Oxu24.com bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində müəyyən edilmiş hədəflərə uyğun olaraq və Dünya Bankı ilə birgə həyata keçirilən "Maliyyə sektorunun modernizasiyası layihəsi" çərçivəsində risk əsaslı nəzarətin həyata keçirilməsi üzrə nəzərdə tutulmuş təşəbbüslər Mərkəzi Bank tərəfindən uğurla icra edilib. Belə ki, Strategiyanın ötən iki ili ərzində "Azərbaycan Respublikası Mərkəzi Bankının risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası" (https://uploads.cbar.az/assets/7fd12f0749b180441d54cd4de.pdf) təsdiq edilib, həmin Konsepsiyadan irəli gələrək ARAS adlandırılan Azərbaycan Risklərin Qiymətləndirilməsi Sistemi (Azerbaijan Risk Assessment System) çərçivəsində risk əsaslı nəzarət alətlərinin yaradılması və pilot banklar üzrə testləşdirilməsi təmin olunub.
Nəticədə, ötən ilin dekabr ayında "Azərbaycan Respublikası Mərkəzi Bankının banklara risk əsaslı nəzarət üzrə Təlimatı" təsdiq edilib. Sözügedən Təlimatdan irəli gələrək Mərkəzi Bank tərəfindən 2026-2027-ci illəri əhatə edən "Bank Nəzarəti Strategiyası" təsdiq edilib. Strategiya növbəti iki ildə banklar üçün daha aktual hesab olunan risk istiqamətləri üzrə aşağıdakı nəzarət prioritetlərinin icrasını hədəfləyir:
Bankların makroiqtisadi xarakterli təhlükələrə qarşı dayanıqlılığının gücləndirilməsi;
Bankların biznes model dayanıqlığı və gəlirliliyin idarə edilməsi üzrə fəaliyyətinin təkmilləşdirilməsi;
Bankların əməliyyat dayanıqlılığının gücləndirilməsi;
Banklarda risk idarəetmə çərçivəsinin modernizasiyası;
Banklarda korporativ idarəetmə, risk mədəniyyəti və istehlakçı hüquqlarının qorunması üzrə çərçivənin gücləndirilməsi.
Bundan əlavə, qeyd olunan prioritetlərin dəstəklənməsi üçün "Bank Nəzarəti Strategiyası"nda Mərkəzi Bankın tənzimləyici çərçivəsinin aşağıdakı istiqamətlər üzrə inkişafı hədəflənir:
Banklarda risklərin idarə edilməsi və stress-testləşdirmə çərçivəsinin təkmilləşdirilməsinə dair tənzimləmələrin modernizasiyası;
Mərkəzi Bank tərəfindən 2024-cü ildə təsdiq edilmiş "Banklarda korporativ idarəetmə Standartlarına dair Tövsiyələr"in bir hissəsinin tənzimləyici çərçivəyə daxil edilməsi;
Basel III standartları ilə uyğunluğun artırılması istiqamətində banklara münasibətdə Daxili Kapital Adekvatlığının Qiymətləndirilməsi Prosesi (ICAAP) və Daxili Likvidlik Adekvatlığının Qiymətləndirilməsi Prosesi (ILAAP) üzrə tələblərin tətbiqi;
İqlim və ESİ risklərinin tənzimləmə və nəzarət çərçivəsinə inteqrasiyası.
Mərkəzi Bank tərəfindən risk əsaslı nəzarətin tətbiqi istiqamətində həyata keçirilən tədbirlər müvafiq Siyasət Konsepsiyası ilə müəyyən edilmiş məqsədlərə xidmət etməklə yanaşı, həm də bank sektorunun uzunmüddətli dayanıqlı inkişafının təmin olunmasına və potensial şoklara qarşı dayanıqlılığının artırılmasına töhfə verir.
02:40 / 18 May 2026
31
02:18 / 18 May 2026
80
02:05 / 18 May 2026
111
01:43 / 18 May 2026
98
01:36 / 18 May 2026
209
01:33 / 18 May 2026
57
01:19 / 18 May 2026
121
01:17 / 18 May 2026
58
01:14 / 18 May 2026
58
19:32 / 17 May 2026
102
19:27 / 17 May 2026
129
19:12 / 17 May 2026
1965
19:02 / 17 May 2026
100
19:00 / 17 May 2026
97
18:43 / 17 May 2026
519
18:41 / 17 May 2026
95
18:39 / 17 May 2026
93
18:37 / 17 May 2026
94
18:35 / 17 May 2026
113
17:32 / 17 May 2026
234
17:28 / 17 May 2026
100
17:27 / 17 May 2026
99
17:25 / 17 May 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.