Sabahın havası AÇIQLANDI
13 Noyabr 2026, 12:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
989
10.03.2026, 22:58
"İmtahan sualları bərbad idi, çox çətin idi. Mən Dövlət İmtahan Mərkəzinə üzümü tutub deyirəm ki, əgər repetitorlar olmasaydı, siz bu suallarla məktəbdə parta arxasından çıxan uşaqları necə sınayacaqdınız? Siz dünya təhsilində özünüzü biabır etmək istəyirsiniz? Axı orta məktəblərdə bu səviyyədə təhsil yoxdur, bu səviyyədə dərs keçirilmir. Niyə siz uşaqların psixologiyası ilə oynayırsınız? Niyə siz uşaqların gələcək ümidlərini qırırsınız? Həyata yenicə atılan uşaqları niyə məhv etmək istəyirsiniz? Sizin məqsədiniz və məramınız nədir? Mən bu cavabı sizdən almaq istəyirəm".
Oxu24.com xəbər verir ki bu fikirləri Redaktor.az-a Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Emma İbrahimova ötən gün keçirilən 11 illik buraxılış imtahanından danışarkən bildirdi.
Onun sözlərinə görə, imtahan sualları buraxılış imtahanına uyğun deyildi:
"Çox çətin idi. Mən deyərdim ki, Azərbaycan dilindən suallar hətta blok tipli suallar idi. Xüsusilə də orada nitq hissələri ilə bağlı suallar var idi ki, uşaq ən azı 10–15 dəqiqə bir sualın üzərində düşünməklə bir neçə nitq hissəsinə aid qaydaları yadına salıb həmin sualı tərtib etməli idi. Əsas bal verən suallar bu qədər yorucumu olmalı idi? Bu qədər vaxt aparan olmalı idi? Yəni vaxt bölgüsünə sığmayan suallar idi və bu tip vaxt bölgüsünə sığmayan sualları ancaq bizim təhsildən uzaq müəllim heyəti tərtib edə bilərdi".
Müsahibimiz vurğuladı ki, il boyu bütün mətbuatda, televiziya kanallarında təhsillə bağlı problemlərə toxunulur:
"Amma çox təəssüflər olsun ki, dünənki imtahan da bunun birbaşa göstəricisi oldu ki, həmin problemlər elə problem olaraq qalır. Həyata yenicə addımlarını atan gənclərimizi dünənki qədər əzmək və məhv etmək gərək, lazım deyildi. Biz gənclərə dəstək olmalıyıq, onların gözəl həyat qurması üçün bir motivasiya mənbəyi olmalıyıq. Amma əksinə, dünən onların verdiyi imtahan ilk həyat imtahanları idi və onlar o imtahanı əksər faizlə uğursuz şəkildə həyata keçirdilər. Bunun axırı necə olacaq? Sonra biz durub psixologiyadanmı danışacağıq? Gəncliyimizin olmayan gələcəyindənmi danışacağıq?
Bir-iki insan var ki, atıblar ortaya, guya təhsil ekspertidir. Düzdür, çox gözəl təhsillə bağlı rəy bildirən ekspertlərimiz var, xalqın uşağının haqqına rəy bildirən ekspertlərimiz var. Amma dünəndən baxıram, bəzi müəllimlər çıxır deyir: “Mən ibtidai sinif müəllimiyəm, səkkizini yazdım”. Sən müəllimsənsə, onun 10-nu da yazmalıydın. Sən o sualın səkkizini yazdınsa, sən müəllim deyilsən. Sual belə olmalıdır: “Uşaqlar seçilib universitetə daxil olmalıdır”. Xeyr, uşaqlar psixologiyası pozulmadan imtahan verib universitetə daxil olmalıdır. Universitet onları daxil olduqları sahə üzrə yetişdirib cəmiyyətə buraxmalıdır. Çox təəssüf olsun ki, bizdə əksinədir".
12:57 / 13 Noyabr 2026
1
12:45 / 13 Noyabr 2026
40
12:32 / 13 Noyabr 2026
56
12:20 / 13 Noyabr 2026
52
12:17 / 13 Noyabr 2026
50
12:08 / 13 Noyabr 2026
331
11:55 / 13 Noyabr 2026
76
11:45 / 13 Noyabr 2026
138
11:40 / 13 Noyabr 2026
80
11:21 / 13 Noyabr 2026
263
11:15 / 13 Noyabr 2026
91
11:12 / 13 Noyabr 2026
160
11:00 / 13 Noyabr 2026
93
10:50 / 13 Noyabr 2026
88
10:45 / 13 Noyabr 2026
129
10:39 / 13 Noyabr 2026
105
10:25 / 13 Noyabr 2026
106
10:22 / 13 Noyabr 2026
203
10:20 / 13 Noyabr 2026
93
10:08 / 13 Noyabr 2026
429
10:02 / 13 Noyabr 2026
97
09:51 / 13 Noyabr 2026
191
09:46 / 13 Noyabr 2026
1369
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.