Normadan artıq yağan yağışlar nəyin nəticəsidir?
17 May 2026, 17:32
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
634
10.03.2026, 23:03
Gülüstan Sarayında Veysəloğlu Şirkətlər Qrupu tərəfindən hər il ənənəvi olaraq təşkil edilən “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbiri baş tutub.
Tədbirdə Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti, Qrupun tərkibinə daxil olan şirkətlərin , idarəetmə komandası və müxtəlif struktur bölmələrinin rəhbərləri iştirak ediblər. Tədbirin əsas məqsədi ötən ilin nəticələrinin qiymətləndirilməsi, əldə olunan uğurların bölüşülməsi və qarşıdakı dövr üçün strateji prioritetlərin müəyyənləşdirilməsi olub.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Veysəloğlu Şirkətlər Qrupunun himni təqdim olunub.
Davamında ölkəmizin və Şirkətlər Qrupunun 2025-ci il ərzində əldə etdiyi nailiyyətləri əks etdirən videoçarxlar nümayiş etdirilib.
Tədbir çərçivəsində Qrupun əsas biznes istiqamətləri üzrə fəaliyyət göstərən "Veysəloğlu-Distribusiya", "OBA" marketlər şəbəkəsi, "Veysəloğlu-Rossmann", "Veysəloğlu-Əmlak" və "Araz" supermarketlər şəbəkəsinin rəhbərləri tərəfindən təqdimatlar keçirilib. Çıxışlarda şirkətlərin ötən dövr üzrə fəaliyyət nəticələri, bazar mövqeləri və gələcək inkişaf strategiyaları barədə ətraflı məlumat verilib.
Proqramın davamında şirkətlərin idarə heyəti üzvlərinin iştirakı ilə panel müzakirəsi təşkil olunub. “Rəqəmsal dövrdə strateji rəhbərlik və komanda sinerjisi” mövzusuna həsr olunan paneldə iştirakçılar müasir idarəetmə modelləri, innovativ yanaşmalar və komanda əməkdaşlığının əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.
Tədbirin ikinci hissəsində Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşları ilə əməkdaşlıq təcrübəsini əks etdirən videoçarx təqdim olunub. Ardınca şirkətin korporativ dəyərlərinə və təşkilati mədəniyyətinə uyğun olaraq “Vəfa Zirvəsi” mükafatlarının təqdimatı keçirilib.
Daha sonra şirkət rəhbərləri tərəfindən “Komanda işi” nominasiyaları üzrə fərqlənən əməkdaşlar təltif olunub. Həmçinin bütün Şirkətlər Qrupunu əhatə edən “İlin nominasiyaları” çərçivəsində qalib layihələr mükafatlandırılıb.
Tədbirdə çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Veysəloğlu "VŞQ"nin inkişaf strategiyası, korporativ dəyərlərin gücləndirilməsi və gələcək hədəflərlə bağlı fikirlərini bölüşüb.
Gecənin sonunda əvvəlki illərin qaliblərinin xronoloji təqdimatı nümayiş etdirilib və “Təsisçidən Özəl”, “İlin Ən Mənfəətli Şirkəti” və “İlin Şirkəti” nominasiyaları üzrə qaliblər mükafatlandırılıb.
Qeyd edək ki, “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbiri Veysəloğlu Şirkətlər Qrupunun daxilində strateji planlaşdırmanın gücləndirilməsi, komanda birliyinin möhkəmləndirilməsi və institusional inkişafın təşviqinə xidmət edir.
17:32 / 17 May 2026
44
17:28 / 17 May 2026
23
17:27 / 17 May 2026
25
17:25 / 17 May 2026
31
17:16 / 17 May 2026
159
17:14 / 17 May 2026
32
17:11 / 17 May 2026
36
17:08 / 17 May 2026
33
17:07 / 17 May 2026
35
17:05 / 17 May 2026
36
15:14 / 17 May 2026
66
15:00 / 17 May 2026
64
14:45 / 17 May 2026
76
14:41 / 17 May 2026
72
14:40 / 17 May 2026
71
14:24 / 17 May 2026
76
14:20 / 17 May 2026
74
14:20 / 17 May 2026
68
14:15 / 17 May 2026
77
14:02 / 17 May 2026
502
14:00 / 17 May 2026
73
13:55 / 17 May 2026
70
13:54 / 17 May 2026
144
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.