12 mayda bizi nələ gözləyir? — ULDUZ FALI
11 May 2026, 14:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4056
09.03.2026, 10:36
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) bu gün saat 10:00-dan etibarən bərpa olunub.
Bu barədə Oxu24.com-a Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 5 mart tarixli 66 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) müvəqqəti olaraq dayandırılmışdı.
Buna səbəb kimi 5 mart tarixində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən mülki infrastruktur hədəf alınmaqla pilotsuz uçuş aparatları ilə hücumlar göstərilib.
Bildirilib ki, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu hücumlar nəticəsində yaranmış mövcud vəziyyət nəzərə alınaraq, Azərbaycan-İran dövlət sərhədində bütün sərhəd-keçid məntəqələrindən yük avtomobillərinin hərəkətinin (o cümlədən tranzit məqsədilə yük avtomobillərinin hərəkətinin) müvəqqəti olaraq tam dayandırılması barədə Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edilib.
15:20 / 11 May 2026
1
14:59 / 11 May 2026
34
14:52 / 11 May 2026
46
14:47 / 11 May 2026
170
14:45 / 11 May 2026
71
14:43 / 11 May 2026
45
14:23 / 11 May 2026
830
14:11 / 11 May 2026
166
14:08 / 11 May 2026
69
13:42 / 11 May 2026
66
13:30 / 11 May 2026
86
13:25 / 11 May 2026
176
13:14 / 11 May 2026
59
12:50 / 11 May 2026
533
12:46 / 11 May 2026
62
12:37 / 11 May 2026
60
12:36 / 11 May 2026
64
12:18 / 11 May 2026
100
12:11 / 11 May 2026
10842
12:07 / 11 May 2026
81
12:01 / 11 May 2026
136
11:53 / 11 May 2026
65
11:43 / 11 May 2026
3262
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.