Bu ərazilərdə məktəblər tikiləcək
13 Noyabr 2026, 14:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
6482
07.03.2026, 15:53
Dövlət Gömrük Komitəsi Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevi cərimələyib.
Oxu24.com-un məlumatına görə, Dövlət Gömrük Komitəsi (DGK) “Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü (gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətinin pozulması) maddəsi ilə protokol tərtib edib.
Belə ki, “Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyi tərəfindən Türkiyə Respublikasından gətirilən “diri atlar” yükü 77JN741/10ZC374 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan Azərbaycan Respublikasının gömrük ərazisinə keçirilib. Lakin həmin yükə dair sorğu nömrəli gömrük bəyannamələri gömrük orqanına təqdim edilməyib.
Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən, idxal olunan yüklərə dair gömrük bəyannaməsi 15 gündən gec olmayaraq gömrük orqanına təqdim edilməlidir. Nəticədə “Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədib.
İşə məhkəmədə baxılıb.
Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati icraat aparılan “Azərbaycan Respublikasının Atçılıq Federasiyası”nın rəhbərliyinə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndələr iştirak etməyib, səbəb barədə məhkəməyə məlumat verilməyib.
Məhkəmənin qərarına əsasən, “Atçılıq Federasiyası” İctimai Birliyinin rəhbəri Elçin Quliyev İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 300 manat məbləğində inzibati cərimə tətbiq edilib.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev 2009-cu ildən “Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyinin prezidenti və qanuni təmsilçisidir. (Qaynarinfo)
14:33 / 13 Noyabr 2026
1
14:24 / 13 Noyabr 2026
149
14:17 / 13 Noyabr 2026
180
14:12 / 13 Noyabr 2026
46
14:05 / 13 Noyabr 2026
104
14:00 / 13 Noyabr 2026
67
13:43 / 13 Noyabr 2026
126
13:41 / 13 Noyabr 2026
71
13:20 / 13 Noyabr 2026
72
13:05 / 13 Noyabr 2026
112
12:57 / 13 Noyabr 2026
103
12:45 / 13 Noyabr 2026
108
12:32 / 13 Noyabr 2026
144
12:20 / 13 Noyabr 2026
95
12:17 / 13 Noyabr 2026
94
12:08 / 13 Noyabr 2026
641
11:55 / 13 Noyabr 2026
109
11:45 / 13 Noyabr 2026
173
11:40 / 13 Noyabr 2026
105
11:21 / 13 Noyabr 2026
346
11:15 / 13 Noyabr 2026
118
11:12 / 13 Noyabr 2026
215
11:00 / 13 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.