5 günlük TƏTİL BAŞLAYIR
13 Noyabr 2026, 15:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
775
06.03.2026, 19:04
"Bank BTB" ASC-nin fəaliyyət formasını dəyişərək bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi faktiki olaraq qurumun bank sektorundan çəkilməsi anlamını verir.
Azərbaycan Mərkəzi Bankının verdiyi bu qərar qurumun artıq depozit toplamaq və geniş bank xidmətləri göstərmək hüququnun olmayacağını göstərir. Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevanın nəzarətində olan bu bankın bazardakı payı cəmi 0.6 faiz olduğu üçün bu gedişat sektor üçün ciddi itki hesab edilmir.
Oxu24.com xəbər verir ki, müştərilər üçün ən vacib məqam pulların taleyi ilə bağlıdır. Bankın bütün öhdəlikləri və müştəri depozitləri ölkənin ən böyük bankı olan "Azərbaycan Beynəlxalq Bankı"na (ABB) ötürülür. Bu o deməkdir ki, vətəndaşların "Bank BTB"dəki pulları batmır və dövlət bankının zəmanəti altına keçir. Əmanət sahibləri eyni şərtlərlə pullarını ABB-də saxlaya və ya geri götürə bilərlər.
Kredit borcu olanlar üçün də qaydalar dəyişmir. Onlar artıq ödənişlərini köhnə banka yox, məhz ABB-yə etməli olacaqlar. Bu proses əmanətçilərin maraqlarını qorumaq məqsədilə tənzimləyici qurumun nəzarəti altında aparılır.Demokrat.az
15:01 / 13 Noyabr 2026
1
14:59 / 13 Noyabr 2026
30
14:50 / 13 Noyabr 2026
41
14:46 / 13 Noyabr 2026
57
14:33 / 13 Noyabr 2026
68
14:24 / 13 Noyabr 2026
290
14:17 / 13 Noyabr 2026
303
14:12 / 13 Noyabr 2026
72
14:05 / 13 Noyabr 2026
130
14:00 / 13 Noyabr 2026
79
13:43 / 13 Noyabr 2026
154
13:41 / 13 Noyabr 2026
79
13:20 / 13 Noyabr 2026
81
13:05 / 13 Noyabr 2026
177
12:57 / 13 Noyabr 2026
124
12:45 / 13 Noyabr 2026
116
12:32 / 13 Noyabr 2026
160
12:20 / 13 Noyabr 2026
105
12:17 / 13 Noyabr 2026
103
12:08 / 13 Noyabr 2026
730
11:55 / 13 Noyabr 2026
126
11:45 / 13 Noyabr 2026
195
11:40 / 13 Noyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.