Azərbaycanda 4 gün iş olacaq
12 May 2026, 00:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
879
06.03.2026, 17:59
Müştəri kreditini müəyyən edilmiş müddətdən əvvəl tam və ya qismən bağlamaq istədikdə, gələcək aylara hesablanmış faizlərin taleyi çoxlarını maraqlandıran məsələlərdən biridir. Bəs kredit vaxtından əvvəl ödənildikdə banklar gələcək dövr üçün hesablanmış faizləri silirmi?
Oxu24.com mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, kredit vaxtından əvvəl bağlandıqda müştəri gələcək dövrün faizlərini ödəməli olmur.
Ekspertin sözlərinə görə, kredit üzrə faizlər yalnız istifadə olunan müddətə görə hesablanır:
“Əgər müştəri kredit borcunu vaxtından əvvəl tam və ya qismən ödəyirsə, gələcək aylara hesablanmış faizlər silinir. Yəni bank müştəridən yalnız faktiki istifadə olunmuş müddət üzrə faiz tələb edə bilər. Gələcək dövr üçün hesablanmış faizlərin tutulması qanunvericiliyə uyğun deyil”.
Ekspert əlavə edib ki, bəzi hallarda banklar müqavilədə müəyyən komissiyalar və ya cərimə şərtləri nəzərdə tuta bilər. Buna görə də müştərilərə kredit müqaviləsini diqqətlə oxumaq tövsiyə olunur.
Beləliklə, kreditin vaxtından əvvəl bağlanması müştəri üçün daha az faiz ödənilməsi ilə nəticələnə və borc yükünü əhəmiyyətli dərəcədə azalda bilər.
00:26 / 12 May 2026
1
00:06 / 12 May 2026
121
23:58 / 11 May 2026
108
23:54 / 11 May 2026
182
23:45 / 11 May 2026
180
23:43 / 11 May 2026
39
23:40 / 11 May 2026
40
23:32 / 11 May 2026
45
23:24 / 11 May 2026
57
23:17 / 11 May 2026
717
23:15 / 11 May 2026
140
23:14 / 11 May 2026
4214
23:11 / 11 May 2026
126
23:10 / 11 May 2026
64
23:06 / 11 May 2026
81
22:59 / 11 May 2026
236
22:59 / 11 May 2026
50
22:44 / 11 May 2026
383
22:43 / 11 May 2026
11830
22:34 / 11 May 2026
231
22:29 / 11 May 2026
232
22:23 / 11 May 2026
505
22:17 / 11 May 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.