5 günlük TƏTİL BAŞLAYIR
13 Noyabr 2026, 15:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
677
06.03.2026, 16:58
Milli Məclisin sabiq deputatı Qalib Salahzadə növbəti dəfə Həcc ziyarətinə getməyi planlaşdırır.
Oxu24.com xəbər verir ki,Bu barədə o, İqtisadiyyat.az-a açıqlamasında deyib.
İndiyədək 36 dəfə Həcc ziyarətində olduğunu xatırladan Q.Salahzadə yenidən Müqəddəs Kəbə evinə getmək üçün hazırlaşdığını bildirib:
“Hər il Həcc ziyarətinə getmişəm. Həmişə Allahdan istəmişəm ki, canımın sağlam olduğu müddətdə Kəbə evini ziyarət etməyi və orada iki rükət namaz qılmağı mənə qismət eləsin. Elə il olub ki, Kəbə ziyarətinə iki dəfə getmişəm. İndiyə qədər isə ümumilikdə 36 dəfə Həcc ziyarətində olmuşam. Bu il hələ ki, getməmişəm, amma Allah qismət edərsə, yenə gedəcəyəm. İki dəfə dostlarım mənə şəraiti yaradıb və Kəbə evinin içərisində olmuşam”.
Q.Salahzadə eyni zamanda indiyə qədər 500-dən çox insanı Həcc ziyarətinə göndərdiyini açıqlayıb: “O vaxt avtobuslarla gedəndə bir dəfəyə 100-150 nəfər göndərdiyim adamlar olub. Sonra da 20, 30, 50 nəfərlik saylarla insanları Həcc ziyarətinə göndərmişəm. Onu mən etməmişəm. Sadəcə Allah istəyib ki, onlar Həcc ziyarətinə getsinlər və mən bu işdə sadəcə vasitəçi olmuşam, mənə bu imkanı Allah verib”.
Xatırladaq ki, 1953-cü il təvəllüdlü Q.Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin qudasıdır. O, 2010-2015-ci illərdə 27 saylı Sabunçu ikinci seçki dairəsindən Milli Məclisin deputatı olub.
Məlumat üçün bildirək ki, QMİ bu il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6100 ABŞ dolları müəyyənləşdirib.
15:01 / 13 Noyabr 2026
1
14:59 / 13 Noyabr 2026
30
14:50 / 13 Noyabr 2026
41
14:46 / 13 Noyabr 2026
57
14:33 / 13 Noyabr 2026
68
14:24 / 13 Noyabr 2026
290
14:17 / 13 Noyabr 2026
303
14:12 / 13 Noyabr 2026
72
14:05 / 13 Noyabr 2026
130
14:00 / 13 Noyabr 2026
79
13:43 / 13 Noyabr 2026
154
13:41 / 13 Noyabr 2026
79
13:20 / 13 Noyabr 2026
81
13:05 / 13 Noyabr 2026
177
12:57 / 13 Noyabr 2026
124
12:45 / 13 Noyabr 2026
116
12:32 / 13 Noyabr 2026
160
12:20 / 13 Noyabr 2026
105
12:17 / 13 Noyabr 2026
103
12:08 / 13 Noyabr 2026
730
11:55 / 13 Noyabr 2026
126
11:45 / 13 Noyabr 2026
195
11:40 / 13 Noyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.