5 günlük TƏTİL BAŞLAYIR
13 Noyabr 2026, 15:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
693
06.03.2026, 15:08
“Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi təhlükəsi ilə əlaqədar həyata keçiriləcək profilaktika və təhlükəsizlik tədbirləri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması Qaydası” təsdiqlənib.
Oxu24.com-un xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Bu Qayda nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi təhlükəsi ilə əlaqədar həyata keçiriləcək profilaktika və təhlükəsizlik tədbirləri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması üzrə dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslər tərəfindən yerinə yetiriləcək tədbirləri müəyyən edir.
Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi təhlükəsi ilə əlaqədar əhalinin hazırlıq səviyyəsinin artırılması məqsədilə həyata keçiriləcək profilaktika və təhlükəsizlik üzrə maarifləndirmə tədbirləri aşağıdakılardır:
- fərdi mühafizə və fərdi tibbi mühafizə vasitələrindən istifadənin əhaliyə öyrədilməsi;
- nüvə və digər kütləvi qırğın silahının tətbiqi təhlükəsi ilə əlaqədar əhaliyə davranış üsullarının öyrədilməsi.
Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi təhlükəsi ilə əlaqədar həyata keçiriləcək profilaktika və təhlükəsizlik tədbirləri barədə əhalinin maarifləndirilməsi aşağıdakı üsullarla həyata keçirilir:
- nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi təhlükəsi ilə əlaqədar həyata keçiriləcək profilaktika və təhlükəsizlik tədbirləri mövzusunda bu sahədə mütəxəssislərin ictimai təqdimatları (mühazirələr, seminarlar, konfranslar) əsasında;
- mütəxəssislərin nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi təhlükəsi ilə əlaqədar həyata keçiriləcək profilaktika və təhlükəsizlik tədbirləri ilə bağlı dövri mətbu və digər nəşrlərini, eləcə də fövqəladə hadisələrdən qorunma qaydalarına və üsullarına dair yaddaş kitabçalarını və broşürləri dərc etməklə;
- nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi ilə əlaqədar səyyar sərgilər təşkil etməklə;
- otaqları, guşələri və iş yerlərini nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi təhlükəsi ilə əlaqədar həyata keçiriləcək profilaktika və təhlükəsizlik tədbirlərini özündə əks etdirən plakatlarla və əyani vəsaitlərlə təchiz etməklə;
- sərgilərdə fövqəladə hal zonalarında keçirilən əməliyyatlar, eləcə də təlim və məşqlərdə nüvə və digər kütləvi qırğın silahının tətbiqi üzrə fəaliyyətləri əks etdirən foto və video materiallar yayımlamaqla;
- nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi təhlükəsi ilə əlaqədar həyata keçiriləcək profilaktika və təhlükəsizlik tədbirləri məsələlərinə həsr olunmuş videoçarxlar və proqramlar hazırlamaq, onları media vasitələri ilə yayımlamaqla.
Maarifləndirmə tədbirlərinə qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) cəlb edilə bilər.
Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi təhlükəsi zamanı həyata keçirilən profilaktika və təhlükəsizlik tədbirləri barədə əhalinin məlumatlandırılması aşağıdakı qaydada həyata keçirilir:
- media və telekommunikasiya vasitələri ilə əhalini dərhal xəbərdar etməklə;
- təhlükənin növü, təsirə məruz qalan ərazilər, təhlükə ilə əlaqədar ilkin davranış qaydaları, yaxınlıqda olan mülki müdafiənin mühafizə qurğularının yerləşdiyi yerlər və onlara gedən təhlükəsiz marşrutlar, təxliyə marşrutları və toplanış məntəqələri, tibbi yardım və psixoloji dəstək məntəqələri barədə əhaliyə məlumatlar verməklə;
- baş vermiş hadisələrin nəticələri və onların aradan qaldırılması üçün görülmüş tədbirlərə, o cümlədən mövcud vəziyyətə dair əhaliyə mütəmadi olaraq tam və obyektiv məlumatlar verməklə.
15:01 / 13 Noyabr 2026
43
14:59 / 13 Noyabr 2026
109
14:50 / 13 Noyabr 2026
57
14:46 / 13 Noyabr 2026
69
14:33 / 13 Noyabr 2026
75
14:24 / 13 Noyabr 2026
352
14:17 / 13 Noyabr 2026
336
14:12 / 13 Noyabr 2026
75
14:05 / 13 Noyabr 2026
139
14:00 / 13 Noyabr 2026
82
13:43 / 13 Noyabr 2026
162
13:41 / 13 Noyabr 2026
82
13:20 / 13 Noyabr 2026
83
13:05 / 13 Noyabr 2026
185
12:57 / 13 Noyabr 2026
130
12:45 / 13 Noyabr 2026
121
12:32 / 13 Noyabr 2026
164
12:20 / 13 Noyabr 2026
107
12:17 / 13 Noyabr 2026
104
12:08 / 13 Noyabr 2026
772
11:55 / 13 Noyabr 2026
144
11:45 / 13 Noyabr 2026
212
11:40 / 13 Noyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.