Hava kəskin dəyişir: Güclü yağış, dolu, qar xəbərdarlığı
13 Noyabr 2026, 15:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
5997
05.03.2026, 23:39
Bank olmayan kredit təşkilatları borclunun yaxınlarına zəng edə bilərmi? – Hüquqi izah
Son dövrlərdə vətəndaşlar tərəfindən ən çox verilən suallardan biri bank olmayan kredit təşkilatlarının (BOKT) borclunun ailə üzvlərinə, iş yoldaşlarına və ya qonşularına zəng edərək təzyiq göstərməsi ilə bağlıdır.
Oxu24.com xəbər verir ki,hüquqşünasların sözlərinə görə, kredit müqaviləsi yalnız borclu ilə kredit təşkilatı arasında bağlanır və hüquqi məsuliyyət də yalnız həmin şəxsə aiddir (zamin varsa, yalnız zamini əhatə edir).
Borclunun ailə üzvlərinə, dostlarına və ya digər üçüncü şəxslərə zəng edilməsi qanunvericiliyin tələblərinə uyğun deyil.
“Banklar haqqında” qanunvericiliyə əsasən, kredit məlumatları bank sirri hesab olunur. Eyni zamanda, kredit borcu fərdi məlumat sayılır və “Fərdi məlumatlar haqqında” qanunla qorunur.
Bu məlumatların üçüncü şəxslərə açıqlanması və ya həmin şəxslərə təzyiq məqsədilə istifadə olunması hüquq pozuntusudur.
Borclunun yaxınlarına zəng edilərək hədə-qorxu gəlmək, polis adı ilə təhdid etmək, iş yerinə gəlməklə qorxutmaq kimi hallar qanunsuz təzyiq formasıdır və yolverilməzdir.
Belə hallarla üzləşən vətəndaşlara rəsmi qaydada Mərkəzi Banka, eləcə də müvafiq nəzarət və hüquq-mühafizə orqanlarına müraciət etmək tövsiyə olunur. Qanun borclunun hüquqlarını qoruyur və üçüncü şəxslərə təzyiq göstərilməsi hüquqi məsuliyyət yarada bilər.
Nigar
15:42 / 13 Noyabr 2026
6
15:37 / 13 Noyabr 2026
24
15:30 / 13 Noyabr 2026
34
15:01 / 13 Noyabr 2026
56
14:59 / 13 Noyabr 2026
154
14:50 / 13 Noyabr 2026
79
14:46 / 13 Noyabr 2026
77
14:33 / 13 Noyabr 2026
84
14:24 / 13 Noyabr 2026
426
14:17 / 13 Noyabr 2026
378
14:12 / 13 Noyabr 2026
83
14:05 / 13 Noyabr 2026
151
14:00 / 13 Noyabr 2026
88
13:43 / 13 Noyabr 2026
179
13:41 / 13 Noyabr 2026
88
13:20 / 13 Noyabr 2026
88
13:05 / 13 Noyabr 2026
196
12:57 / 13 Noyabr 2026
138
12:45 / 13 Noyabr 2026
126
12:32 / 13 Noyabr 2026
169
12:20 / 13 Noyabr 2026
112
12:17 / 13 Noyabr 2026
109
12:08 / 13 Noyabr 2026
832
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.