Hava kəskin dəyişir: Güclü yağış, dolu, qar xəbərdarlığı
13 Noyabr 2026, 15:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
752
05.03.2026, 22:20
Məlum olduğu kimi, bu gün Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda çıxış edən ölkə başçısı Silahlı Qüvvələrimizin bir nömrəli səfərbərlik vəziyyətinə gətirildiyini bildirib.
Dövlət başçısı qeyd edib ki, İranın törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir:
“Biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq. Necə ki, Ermənistan işğalına son qoymuşuq, istənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar”.
Milli Məclisin deputatı Naqif Həmzəyev Oxu24.com-a açıqlamasında bildirib ki, Azərbaycan hər zaman öz hava məkanının İrana qarşı hərbi məqsədlərlə istifadəsinə imkan verməyib, qonşuluq və dostluq münasibəti sərgiləyib.
Deputatın sözlərinə görə, bütün bunlara baxmayaraq, İran tərəfindən Azərbaycana qarşı dəfələrlə təxribatlar və terror hadisələri törədilib:
“Ölkəmiz baş verənləri hər zaman bağışlayıb, İranın bir daha bu səhvləri təkrarlamayacağına ümid edib. Məhz 2025-ci ildə də Azərbaycan İrana qonşuluq və dostluq münasibətini sərgilədi. 28 fevraldan başlayan hərbi əməliyyatlar zamanı da Azərbaycan öz mövqeyini açıq şəkildə ortaya qoydu, sülhün əldə olunması üçün əlindən gələn dəstəyi göstərdi. Hətta cənab Prezident özü də qeyd etdi ki, məhz İran vətəndaşlarının təxliyəsi ilə əlaqədar Azərbaycan dəstəyini göstərib. Bununla paralel olaraq, ölkə başçısı İranin ali dini liderinin öldürülməsi ilə bağlı həm İran prezidenti ilə danışaraq ona başsağlığı verdi, həm də İran səfirliyində oldu. Bütün bu xoş niyyətlərə baxmayaraq, İranın həyata keçirdiyi bu təxribat və terror hadisəsi məyusedicidir, həmçinin İran tərəfindən izahat tələb olunan bir məsələdir.İran hər bir halda Azərbaycandan üzr istəməli, günahkar şəxslər cəzalandırılmalıdır”.
Yeganə
15:42 / 13 Noyabr 2026
6
15:37 / 13 Noyabr 2026
24
15:30 / 13 Noyabr 2026
34
15:01 / 13 Noyabr 2026
56
14:59 / 13 Noyabr 2026
154
14:50 / 13 Noyabr 2026
79
14:46 / 13 Noyabr 2026
77
14:33 / 13 Noyabr 2026
84
14:24 / 13 Noyabr 2026
426
14:17 / 13 Noyabr 2026
378
14:12 / 13 Noyabr 2026
83
14:05 / 13 Noyabr 2026
151
14:00 / 13 Noyabr 2026
88
13:43 / 13 Noyabr 2026
179
13:41 / 13 Noyabr 2026
88
13:20 / 13 Noyabr 2026
88
13:05 / 13 Noyabr 2026
196
12:57 / 13 Noyabr 2026
138
12:45 / 13 Noyabr 2026
126
12:32 / 13 Noyabr 2026
169
12:20 / 13 Noyabr 2026
112
12:17 / 13 Noyabr 2026
109
12:08 / 13 Noyabr 2026
832
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.