Nazirlər Kabinetindən YENİ QƏRAR:5 il müddətinə...
13 Noyabr 2026, 18:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
615
02.03.2026, 16:44
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) ipoteka kreditləşməsinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayırıb.
Oxu24.com Fonda istinadən xəbər verir ki, vətəndaşlardan müraciətlərin qəbuluna adi ipoteka kreditləri üzrə 05.03.2026-cı il tarixində saat 11:00-dan etibarən, güzəştli ipoteka kreditləri üzrə isə 06.03.2026-ci il tarixində saat 11:00-dan etibarən başlanılacaq.
Müraciətlərin qəbulu "Elektron ipoteka və kredit zəmanət" sistemi (www.e-gov.az) üzərindən elektron imza vasitələri (SİMA Token (Elektron İmza), SİMA Rəqəmsal, Asan İmza) ilə həyata keçiriləcək.
Bununla əlaqədar olaraq, vətəndaşlara 04.03.2026-cı il tarixinə qədər elektron kabinetlərin formalaşdırılması tövsiyə edilir.
İpoteka kreditinin alınması üçün müraciətə dair istifadəçi təlimatı Fondun internet səhifəsində (www.mcgf.gov.az/storage/Talimat.pdf), həmçinin "Elektron hökumət" portalının və "mygov" platformasının müvafiq bölmələrində yerləşdirilib.
2025-ci ildə İKZF-nin xətti ilə 443 milyon manat kredit verilib. Bu, 2024-cü illə müqayisədə 0,7 % çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 2,8 % azalaraq 434,9 milyon manat olub.
İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 8,3 % artaraq 650 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 8,9 % azalaraq 79,9 milyon manata düşüb.
18:04 / 13 Noyabr 2026
39
17:59 / 13 Noyabr 2026
43
17:46 / 13 Noyabr 2026
61
17:30 / 13 Noyabr 2026
55
17:18 / 13 Noyabr 2026
53
17:13 / 13 Noyabr 2026
204
17:07 / 13 Noyabr 2026
65
16:59 / 13 Noyabr 2026
71
16:51 / 13 Noyabr 2026
93
16:37 / 13 Noyabr 2026
119
16:29 / 13 Noyabr 2026
93
16:08 / 13 Noyabr 2026
227
16:00 / 13 Noyabr 2026
99
15:42 / 13 Noyabr 2026
357
15:37 / 13 Noyabr 2026
106
15:30 / 13 Noyabr 2026
106
15:01 / 13 Noyabr 2026
135
14:59 / 13 Noyabr 2026
278
14:50 / 13 Noyabr 2026
154
14:46 / 13 Noyabr 2026
122
14:33 / 13 Noyabr 2026
131
14:24 / 13 Noyabr 2026
641
14:17 / 13 Noyabr 2026
521
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.