Qaynar xətt:

(+99450) 247 90 86

Prezident sərəncam İMZALADI

2019-07/1562599895_ilham-eliyev-0-0.jpg

CƏMİYYƏT

523

08.07.2019, 19:30

\"\" Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın yeni tərkibi təsdiqlənib.
Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 1541 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, Komissiyanın tərkibi aşağıdakı tərkibdə təsdiqlənib:   Komissiyanın həmsədri Əmək və əhalinin sosial müdafiəsi naziri Komissiyanın üzvləri Xarici işlər nazirinin müavini İqtisadiyyat nazirinin müavini Energetika nazirinin müavini Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Mədəniyyət nazirinin müavini Kənd təsərrüfatı nazirinin müavini Təhsil nazirinin müavini Səhiyyə nazirinin müavini Gənclər və idman nazirinin müavini Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Dövlət Turizm Agentliyinin sədri Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini Azərbaycanın Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri. Xarici İşlər Nazirliyinə dəyişiklik barədə Serbiya Respublikası tərəfinə bildiriş göndərmək tapşırılıb. Qeyd edək ki, indiyə qədər Komissiyanın həmsədri İqtisadiyyat naziri Şahin Mustafayev olub.