DİQQƏT! İmtahanın vaxtı dəyişdirildi
13 Noyabr 2026, 20:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
931
24.02.2026, 16:52
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Strategiya, Beynəlxalq Əməkdaşlıq və Elm şöbəsinin rəisi Riad Axundzadə mediaya açıqlamasında bildirib ki, Azərbaycanda hazırda su qıtlığı müşahidə olunmur, lakin mövcud ehtiyatlar uzunmüddətli dövr üçün yetərli hesab edilmir.
Mövzu ilə bağlı Oxu24.com xəbər portalının suallarını Liberal İqtisadçılar Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Akif Nəsirli cavablandırıb.
-Akif müəllim, R. Axundzadənin bu açıqlaması yaxın zamanlarda ölkədə suyun qənaətlə işlədilməsinə,eyni zamanda,suyun fasilələrlə verilməsinə və tariflərin artmasına səbəb ola biləcəyini ortaya qoyurmu?
-Su anbarlarının tutumunun 15–35 faiz azalması ölkədə su ehtiyatlarının azalması deməkdir və bu, idarəetmədə daha sərt tədbirlərin görülməsinə səbəb ola bilər. Əgər yağıntıların həcmi artmazsa və alternativ su mənbələri genişləndirilməzsə, suyun qənaətlə istifadəsi ilə bağlı qaydalar gücləndirilə, bəzi ərazilərdə suyun verilməsində fasilələr tətbiq oluna bilər.
- Əhalini ən çox narahat edən nüans su tariflərinin artırılmasıdır...
-Tariflərin artırılması da mümkün variantlardan biridir,çünki yüksək qiymət adətən istehlakın azalmasına təsir göstərir. Bununla belə, belə qərarlar adətən mərhələli şəkildə və sosial təsirlər nəzərə alınaraq qəbul edilir. Dövlət həmçinin su itkilərinin azaldılması, suvarma sistemlərinin yenilənməsi və əhalinin maarifləndirilməsi kimi alternativ tədbirlərə də üstünlük verə bilər. Hökumət su anbarların tutumunun bərpa edilməsi və yeni anbarların tikilməsinə daha çox diqqət yetirməlidir.
- Bu niyə?
- Hazırda elə su anbarları var ki, onların cəmi 10–15 faiz su tutumu qalıb, qalan hissəsi lil ilə dolub. Buna misal olaraq “Pirsaat” su anbarını göstərmək olar. Bu su anbarının lillənməsi nəticəsində Hacıqabul rayonunda 50 min hektar əkinəyararlı torpaq su çatışmazlığı səbəbindən becərilmir. Yəni, bu gün tariflər barədə düşünməkdən daha çox, su anbarlarının təmizlənməsinə və yeni su anbarlarının tikilməsinə diqqət yetirilməlidir. Eyni zamanda su səmərəli idarə edilməlidir. Akademik hesablamalara görə, Azərbaycan Cənubi Qafqazın ən az su ehtiyatlarına malik ölkəsi olsa da, mövcud ehtiyatlardan səmərəli istifadə tələbatın tam şəkildə ödənilməsinə imkan verir.
Söhbətləşdi: Əntiqə Rəşid
21:03 / 13 Noyabr 2026
16
20:58 / 13 Noyabr 2026
36
20:50 / 13 Noyabr 2026
174
20:41 / 13 Noyabr 2026
72
20:37 / 13 Noyabr 2026
68
20:35 / 13 Noyabr 2026
42
20:20 / 13 Noyabr 2026
78
20:09 / 13 Noyabr 2026
232
20:06 / 13 Noyabr 2026
75
20:05 / 13 Noyabr 2026
79
19:58 / 13 Noyabr 2026
213
19:53 / 13 Noyabr 2026
187
19:41 / 13 Noyabr 2026
108
19:38 / 13 Noyabr 2026
625
19:35 / 13 Noyabr 2026
95
19:30 / 13 Noyabr 2026
321
19:28 / 13 Noyabr 2026
148
19:23 / 13 Noyabr 2026
100
19:05 / 13 Noyabr 2026
102
18:59 / 13 Noyabr 2026
103
18:59 / 13 Noyabr 2026
98
18:50 / 13 Noyabr 2026
101
18:38 / 13 Noyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.