DİQQƏT! İmtahanın vaxtı dəyişdirildi
13 Noyabr 2026, 20:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
941
24.02.2026, 15:52
Son illər ağız boşluğunda yaranmış qüsurların müalicəsində diş implantlarından geniş istifadə olunur.
İmplant qoyduranların sayı artsa da, hələ də bu üsulun zərərli olması haqqında məlumatlar yayılır. Bəzi xəstələr çıxan protezlərin daha etibarlı və təhlükəsiz olduğunu, damağa daha az ziyan vurduğunu hesab edirlər.
Oxu24.com AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Tibb Universitetinin ortopedik stomatologiya kafedrasının assistenti Tofiq Mahmudov məlumat verib.
Həkim bildirib ki, bu fikirlər tibbi cəhətdən əsassızdır. Onun sözlərinə görə, çıxan protezlər damaq yatağına ciddi problem yarada bilər: "Bəzən körpü formalı protezlər yerindən tərpənir, onun altına qida qırıntılar girir, çürümə verir və s. Amma əksinə, diş implantlarının damağa və sümüyə böyük xeyri olduğunu demək olar. İmplant sümüyün atrofiyasının qarşısını alır, çeynəmə zamanı sümüyə düşən yükün öhdəsindən rahatlıqla gəlir".
T.Mahmudov implantların yerləşdirilməsi üçün yaş məhdudiyyətlərinin olmadığını vurğulayıb. O, 81 yaşlı pasiyentin aşağı çənəsinə 4 implant yerləşdirdiyini deyib . Mütəxəssis pasiyentin maddi durumundan və çənə strukturundan asılı olaraq çıxan, yoxsa çıxmayan protezlər qoyulmasına dair qərar verildiyini diqqətə çatdırıb.
"İmplantların qoyulması və tamamilə çənədə oturuşması bir neçə ay çəkir. İlk olaraq cərrahiyyə mərhələsində implant çənəyə yerləşdirilir. Bir neçə ay keçəndən sonra üstündə protezləmə aparılır. Bu müddət aşağı çənədə 2-3, yuxarı çənədə isə 4-6 aya bərabərdir. Bəzən implantlarda müəyyən stabillik müşahidə olunduqda cərrahiyyə mərhələsi ilə birlikdə ortopedik müalicə də aparılır. İmplantların yerləşdirilməsindən sonrakı mərhələdə implantüstü protezlərin qoyulması üçün ölçü götürülür. Texniki mərhələ təxminən 7-10 gün ərzində aparılır. Protezlər bir neçə dəfə yoxlanılır. Əgər dişlər həm funksional, həm də estetik cəhətdən tələblərə cavab verirsə, onda implantüstü protez pasiyentlərə birdəfəlik təhkim edilir. Adi dişlər kimi implantlara da vaxtaşırı qulluq göstərilməli və daim stomatoloqun nəzarəti altında olmalıdır", - deyə mütəxəssis qeyd edib.
21:03 / 13 Noyabr 2026
16
20:58 / 13 Noyabr 2026
36
20:50 / 13 Noyabr 2026
174
20:41 / 13 Noyabr 2026
72
20:37 / 13 Noyabr 2026
68
20:35 / 13 Noyabr 2026
42
20:20 / 13 Noyabr 2026
78
20:09 / 13 Noyabr 2026
232
20:06 / 13 Noyabr 2026
75
20:05 / 13 Noyabr 2026
79
19:58 / 13 Noyabr 2026
213
19:53 / 13 Noyabr 2026
187
19:41 / 13 Noyabr 2026
108
19:38 / 13 Noyabr 2026
625
19:35 / 13 Noyabr 2026
95
19:30 / 13 Noyabr 2026
321
19:28 / 13 Noyabr 2026
148
19:23 / 13 Noyabr 2026
100
19:05 / 13 Noyabr 2026
102
18:59 / 13 Noyabr 2026
103
18:59 / 13 Noyabr 2026
98
18:50 / 13 Noyabr 2026
101
18:38 / 13 Noyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.