Qaynar xətt:

(+99450) 247 90 86

Baş Prokurorluq vətəndaşın qanunsuzluqlara məruz qalması barədə iddialara cavab verib 

Baş Prokurorluq vətəndaşın qanunsuzluqlara məruz qalması barədə iddialara cavab verib 

CƏMİYYƏT

805

24.02.2026, 10:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Bəzi sosial şəbəkə səhifələrində vətəndaş Böyükağa Abdullayev, onun həyat yoldaşı və ailə üzvünün qanunsuzluqlara məruz qalmasına dair həqiqəti əks etdirməyən məlumatlar paylaşılıb. Bildiririk ki, Böyükağa Abdullayev 2004–2009-cu illərdə “Eko-Servis KO” MMC-nin həmtəsisçisi kimi qabaqcadan əlbir olan şəxslərlə birlikdə Tovuz rayonu ərazisində yerləşən “Koroğlu” tras yatağından əldə edilmiş 141 min manatdan artıq vəsaiti digər həmtəsisçidən və onun vərəsəsindən gizlədərək ələ keçirməklə, həmçinin vergi sənədlərini saxtalaşdırmaqla 3 min manatadək məbləğdə verginin ödənilməsindən yayınıb".

Oxu24.com  xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.

Bildirilib ki, bundan başqa, o, icarə müqaviləsinə xitam verildikdən sonra yatağın qanuni istifadəçisi olan “İlqar-7.T” MMC-nin fəaliyyətinə qanunsuz müdaxilə edərək istehsal prosesini dayandırıb və bununla da müəssisəyə 67 min manat məbləğində ziyan vurub: "Həmçinin, B.Abdullayev Tovuz rayonu ərazisindən keçən dəmiryolunun yük stansiyasında inşa edilmiş, “Qaradağ Sement” ASC-yə məxsus anbarın üst hissəsində olan 12 ədəd dəmir-beton plitələrini oğurlayıb.

Qeyd edilən əməllərinə görə o, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07.05.2012-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.4, 177.2.2, 178.3.2, 213.1, 322.2-cü maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Gəncə Apellyasiya Məhkəməsinin 18.02.2013-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Daha sonra Bakı şəhəri Nizami rayon Məhkəməsi 21.12.2016-cı il tarixli qərarla onun barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 06.05.2016-cı il tarixli Qanunu tətbiq edilərək cəzasından 1 il çıxılmaqla üzərində 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Əlavə olaraq, B.Abdullayevin oğlu Fəqan Abdullayev Bakı Ağır Cinayətlər Məhkəməsinin 25.04.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə (ağırlaşdırıcı hallarda quldurluq) təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

F.Abdullayev cəzasını çəkdiyi müddətdə cəzaçəkmə müəssisələrində saxlanılan şəxsə qadağan olunmuş əşyanı verdiyi üçün Qaradağ Rayon Məhkəməsinin 30.05.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 317-2.1 və 67.1-ci maddələri ilə təqsirli bilinib və ona qəti olaraq 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Fəqan Abdullayev cəza çəkdiyi ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı Bakı şəhəri Xəzər rayon Məhkəməsinə ərizə ilə müraciət edib, məhkəmənin 31.10.2025-ci il tarixli qərarı ilə onun cəzasının çəkilməmiş qalan 2 il 7 ay hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsi məhkəmə tərəfindən təmin edilib.

Həmin qərardan prokuror tərəfindən verilmiş apellyasiya protesti Bakı Apellyasiya Məhkəməsinin 15.12.2025-ci il tarixli qərarı ilə təmin edilib.

Ardınca Fəqan Abdullayev cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilməsi ilə bağlı Bakı şəhəri Xəzər rayon Məhkəməsinə ərizə ilə müraciət edib və məhkəmənin 20.02.2026-cı il tarixli qərarı ilə ərizəsi təmin edilməyib.

Hazırda Fəqan Abdullayev cəzaçəkmə müəssisəsində cəzasını çəkməkdədir.

Beləliklə, Böyükağa Abdullayev və onun həyat yoldaşı tərəfindən səsləndirilən iddialara müvafiq qaydada baxılaraq onları təsdiq edən hər hansı hüquqi əsas müəyyən edilməyib. B.Abdullayev və onun oğlu barəsində çıxarılmış məhkəmə hökmləri qanuni qüvvəyə minib və yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılaraq qüvvədə saxlanılıb.

Hazırda yayılan məlumatlar məhkəmə aktları ilə müəyyən edilən hüquqi vəziyyəti dəyişmir və obyektiv reallığı əks etdirmir. Bu baxımdan vətəndaşın səsləndirdiyi şikayət və iddialar tamamilə əsassızdır".

Pələnglə “TikTok” çəkmək istəyən - 19 yaşlı pakistanlının faciəvi sonu 

19:53 / 13 Noyabr 2026

DÜNYA DÜNYA

Pələnglə “TikTok” çəkmək istəyən - 19 yaşlı pakistanlının faciəvi sonu 

190

0
“İran rəhbərliyi cəhənnəmə getsin” 

19:41 / 13 Noyabr 2026

DÜNYA DÜNYA

“İran rəhbərliyi cəhənnəmə getsin” 

108

0
 Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin tutduğu İlkin KİMDİR?

19:38 / 13 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

 Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin tutduğu İlkin KİMDİR?

630

1
Gürcüstanda həbs olunan Azərbaycan vətəndaşı ekstradisiya edildi

19:35 / 13 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Gürcüstanda həbs olunan Azərbaycan vətəndaşı ekstradisiya edildi

95

0
 Əli Əsədov yeni qərar imzalayıb:2030-cu ilin sonunadək dəyişdirilir

19:30 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

 Əli Əsədov yeni qərar imzalayıb:2030-cu ilin sonunadək dəyişdirilir

325

0
Sumqayıtda yol çöküb-video

19:28 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sumqayıtda yol çöküb-video

150

0
Teymur Hacıyev işdən çıxarılıb

19:23 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Teymur Hacıyev işdən çıxarılıb

102

0
2027-ci ildə pensiyaçılar üçün yeni artım – 640 manatla bağlı gözlənti

19:05 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2027-ci ildə pensiyaçılar üçün yeni artım – 640 manatla bağlı gözlənti

102

0
5 il əvvəl çıxdığı işə qayıdır?

18:59 / 13 Noyabr 2026

ŞOU-BİZNES ŞOU-BİZNES

5 il əvvəl çıxdığı işə qayıdır?

104

0
Avtomobil təkərinin üzərindəki 205/55 R16, 91V və digər rəqəmlər nə deməkdir? – Sürücülərin bilməli olduğu vacib məlumatlar  

18:59 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Avtomobil təkərinin üzərindəki 205/55 R16, 91V və digər rəqəmlər nə deməkdir? – Sürücülərin bilməli olduğu vacib məlumatlar  

98

0
İnsanlarla danışarkən üzünüz qızarır, səsiniz titrəyir və həyəcanlanırsınız? – Psixiatr sosial təşvişin əlamətlərini açıqladı  

18:50 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

İnsanlarla danışarkən üzünüz qızarır, səsiniz titrəyir və həyəcanlanırsınız? – Psixiatr sosial təşvişin əlamətlərini açıqladı  

101

0
Azərbaycan Avropa siyasi məkanının əsas tərəfdaşına çevrilir – Dublindəki Zirvə Toplantısının əhəmiyyəti nədən ibarətdir? — DEPUTAT AÇIQLADI  

18:38 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Avropa siyasi məkanının əsas tərəfdaşına çevrilir – Dublindəki Zirvə Toplantısının əhəmiyyəti nədən ibarətdir? — DEPUTAT AÇIQLADI  

115

0