DİQQƏT! İmtahanın vaxtı dəyişdirildi
13 Noyabr 2026, 20:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3978
23.02.2026, 23:35
Kredit götürən şəxs dünyasını dəyişdiyi halda borcun taleyi ilə bağlı tez-tez suallar yaranır. Hüquqşünasların sözlərinə görə, belə hallarda məsuliyyət həm zamin, həm də vərəsələr baxımından ayrı-ayrılıqda qiymətləndirilir.
Oxu24.com xəbər verir ki,əgər kredit müqaviləsi üzrə zamin mövcuddursa, banklar praktikada ilk növbədə tələbi zaminə yönəldirlər. Çünki zamin kredit müqaviləsinə qol çəkərkən öhdəlik götürür ki, əsas borclu ödənişi etmədiyi halda borcu özü ödəyəcək. Bu baxımdan zaminlik könüllü və hüquqi məsuliyyət yaradan öhdəlikdir. Bank da məhz bu əsasla zamindən ödəniş tələb edir.
Lakin məsələ bununla bitmir. Zamin ödədiyi məbləği sonradan mərhumun vərəsələrindən tələb etmək hüququna malikdir. Burada əsas məqam vərəsəliyin qəbul edilib-edilməməsidir.
Əgər mərhumun əmlakı varsa və vərəsələr mirası qəbul ediblərsə, onlar borca mirasın dəyəri həddində məsuliyyət daşıyırlar. Məsələn, mərhumun 5.000 manatlıq əmlakı var, lakin banka 25.000 manat borcu qalıbsa, vərəsələr maksimum 5.000 manat həddində məsuliyyət daşıyacaqlar. Qalan məbləğ üzrə tələb irəli sürülə bilməz.
Əgər vərəsələr mirası qəbul etməyiblərsə və ya mərhumun ümumiyyətlə əmlakı yoxdursa, bu halda borcun ödənilməsi birbaşa zaminin üzərinə düşür.
Hüquqşünaslar qeyd edirlər ki, bir çox hallarda vətəndaşlar zaminliyin hüquqi nəticələrini tam dərk etmədən sənədə imza atırlar. Halbuki zamin olmaq o deməkdir ki, əsas borclu öhdəliyi yerinə yetirmədiyi halda kredit artıq həm də zaminin borcuna çevrilir.
Mütəxəssislər vətəndaşlara zaminlik müqaviləsinə imza atarkən bütün riskləri nəzərə almağı tövsiyə edirlər.
Hazırladı: Şahbaz
21:24 / 13 Noyabr 2026
1
21:03 / 13 Noyabr 2026
51
20:58 / 13 Noyabr 2026
56
20:50 / 13 Noyabr 2026
532
20:41 / 13 Noyabr 2026
82
20:37 / 13 Noyabr 2026
78
20:35 / 13 Noyabr 2026
51
20:20 / 13 Noyabr 2026
89
20:09 / 13 Noyabr 2026
268
20:06 / 13 Noyabr 2026
82
20:05 / 13 Noyabr 2026
87
19:58 / 13 Noyabr 2026
260
19:53 / 13 Noyabr 2026
198
19:41 / 13 Noyabr 2026
114
19:38 / 13 Noyabr 2026
674
19:35 / 13 Noyabr 2026
100
19:30 / 13 Noyabr 2026
337
19:28 / 13 Noyabr 2026
158
19:23 / 13 Noyabr 2026
105
19:05 / 13 Noyabr 2026
104
18:59 / 13 Noyabr 2026
106
18:59 / 13 Noyabr 2026
102
18:50 / 13 Noyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.