SON DƏQİQƏ! Milli Məclis bu qərarları qəbul etdi: Azərbaycanda YENİLİK
24 Fevral 2026, 12:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
117
23.02.2026, 22:34
Prezident Administrasiyasının və Elmlər Akademiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin ailəsinə məxsus bankdan oğurluqda ittiham olunan şəxslərə ağır cəza verilib.
Oxu24.com xəbər verir ki, Bakıda “Bank BTB”dəki seyflərdən 850 min manatdan çox qızıl-zinət zinət əşyaları və pul oğurluğunda ittiham olunan Belarus vətəndaşı Sergey Qrinkeviç və Rusiya vətəndaşı Aleksey Babayevin hər biri 12 il azadlıqdan məhrum edilib.
Məhkəmənin hökmünə əsasən, onlar cəzalarını çəkib qurtarandan sonra Azərbaycandan deportasiya olunacaq.
1990-cı il təvəllüdlü Sergey Qrinkeviç özünü qismən təqsirli bilib. O bildirib ki, onu bu işə 2022-ci ilin yayında Türkiyədə olarkən tanış olduğu German adlı şəxs cəlb edib:
“Elə bir vəziyyət yaratmışdı ki, bu iş cinayət kimi görünməsin. Demişdi ki, götürülən pullar, əşyalar tanışlarınındır, amma onlar müəyyən səbəblərdən Azərbaycana gələ bilmirlər. Şərt belə olmuşdu ki, nə götürülsə, 10 faizi mənim olacaq. Sahibləri də şikayətçi olmayacaq”.
Azərbaycana gəlmək, burada qalmaq xərclərini də German ödəyib. Bankdakı saxlanc qutularını necə açmaqla bağlı ona videolar göndərib, orada təlimatları izləyib”.
Sergey oğurlanan pulun miqdarı və əşyaların dəyəri ilə bağlı ittihamda göstərilən rəqəmlə razı olmadığını bildirib. Əlavə edib ki, oğurladıqlarını tam şəkildə geri qaytarıb.
Ramiz Babayev isə özünü təqsirli bilməyib. İfadəsində bildirib ki, Bakıya onu təxminən 10 il əvvəl tanış olduğu German göndərib. Deyib ki, kimdənsə pul götürəcək. Bakıda qaldığı müddətdə xərclərini German ödəyib. Sonra onun tapşırığı ilə bir nəfər gətirib ona çanta verib. Qaldığı evdə çantanı açanda görüb ki, içində 316 min manat və 38 min dollar pul var. Bu barədə Germana məlumat verib. Bundan bir qədər sonra polislər onu saxlayıb.
Bu cinayət işi üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb: Nurlan Kazımlı, Fuad Lütvəliyev, Zibeydə Qurbanova, Reyhan Hacıyeva və Tuqay Rəhimli.
Zərərçəkmişlərdən bəzilərinin bankdakı seyflərinə müdaxilə edilib açılsa da, heç nə götürülməyib, onlara ziyan dəyməyib. Bu səbəbdən də onlar şikayətçi olmayıb.
Həmçinin oxuyun
Adları çəkilən zərərçəkmişlər arasında ən çox ziyan dəyən isə Zibeydə Qurbanova olub. İttihama əsasən, bankda ona məxsus saxlanc yerindən 55 min dollar pul və 405 min manat dəyərləndirilmiş, 156 ədəd qızıl-zinət əşyaları oğurlanıb.
Zibeydə Qurbanova bildirib ki, əşyalar özünə və övladlarına məxsus olub.
Zərərçəkmişin sözlərinə görə, istintaq vaxtı puldan 30 min dollar manat şəklində ona qaytarılıb. Həmçinin qızıl-zinəş əşyalarının da böyük bir hissəsi qaytarılıb. O, qeyd edib ki, əgər daha 150 min manat ödənilsə, təqsirləndirilən şəxslərə qarşı şikayətçi olmaz.
Zibeydə Qurbanova Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəis müavini Namiq Camalovun anasıdır. O, bundan əvvəl Cəlilabad və Sabirabad rayonlarının polis rəisi olub. 2023-cü ilin mayında İnterpola rəis müavini təyin edilib.
Zibeydə Qurbanovanın digər oğlu Natiq Camalov isə Qaradağ rayonu, 38-ci polis bölməsinin rəisidir. O, əvvəl Səbail rayonu, 9-cu polis bölməsinin rəisi olub.
Onlar keçmiş Müdafiə Sənayesi naziri, 2018-ci ildə vəfat etmiş Yavər Camalovun qardaşı Əlihüseyn Camalovun övladlarıdır. Əlihüseyn Camalov vaxtilə “Azəriqaz”a rəhbərlik edib, daha sonra Milli Aerokosmik Agentliyin direktor müavini olub.
“Bank BTB”nin əsas səhmdakı isə Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevadır. Bankın səhmlərinin 74,99 faizi Mehdiyeva Nigar İsmayıl qızına, 19,01 faizi Sadiq Rza İsmayıl oğluna, 6 faizi isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur. /Gununsesi.info/
12:52 / 24 Fevral 2026
32
12:42 / 24 Fevral 2026
26
12:38 / 24 Fevral 2026
186
12:35 / 24 Fevral 2026
38
12:32 / 24 Fevral 2026
29
12:26 / 24 Fevral 2026
28
12:13 / 24 Fevral 2026
116
12:10 / 24 Fevral 2026
109
12:03 / 24 Fevral 2026
96
11:57 / 24 Fevral 2026
50
11:55 / 24 Fevral 2026
462
11:22 / 24 Fevral 2026
745
11:13 / 24 Fevral 2026
163
11:04 / 24 Fevral 2026
50
10:55 / 24 Fevral 2026
69
10:48 / 24 Fevral 2026
279
10:41 / 24 Fevral 2026
62
10:38 / 24 Fevral 2026
61
10:34 / 24 Fevral 2026
46
10:08 / 24 Fevral 2026
1362
10:03 / 24 Fevral 2026
136
01:03 / 24 Fevral 2026
122
00:58 / 24 Fevral 2026
260
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.