Qaynar xətt:

(+99450) 247 90 86

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

2019-07/1562492288_hava8.jpg

CƏMİYYƏT

1392

07.07.2019, 13:37

\"\"  Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq, mülayim şimal küləyi əsəcək.
Ekologiya və Təbi  sərvətlər Nazirliyinin Milli Hidrometeorologyia Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu  gecə 20-23° isti, gündüz  28-33° isti, Bakıda gecə 21-23° isti, gündüz  30-32°  isti təşkil edəcək. Atmosfer  təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 60-70 %, gündüz 45-50 %  olacaq.   Abşeron çimərliklərində gözlənilən  hava şəraitinə gəlincə, sabah mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti təşkil edəcək. Azərbaycanın rayonlarına gəlincə, iyulun 8-də hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti,  gündüz  20-25°  isti təşkil edəcək.