Bakıda tanınmış restoranın fəaliyyəti dayandırıldı
16 Fevral 2026, 16:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
77
16.02.2026, 13:04
Hazırda oxunan: Bu müəllimlər də sertifikasiyaya CƏLB OLUNACAQ
Uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin nəzəri və praktiki biliklərinin xüsusi qaydalar üzrə sertifikasiya əsasında qiymətləndiriləcək.
Oxu24.com xəbər verir ki, bu məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında müzakirə olunan Əmək Məcəlləsi və “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.
Qanun layihəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin nəzəri və praktiki biliklərinin attestasiya yolu ilə deyil, xüsusi qaydalar üzrə sertifikasiya əsasında qiymətləndirilməsinin aparılması məqsədilə hazırlanıb. Bizim.Media
Belə ki, qüvvədə olan qanunvericiliyə uyğun olaraq attestasiya nəticələrinin təsbit edilməsi əsasən sənədləşdirilmiş protokollarla məhdudlaşır, sənəddə peşə uyğunluğu, bacarıqlar və digər yararlılıq göstəriciləri üzrə yazılı və obyektiv testlər kimi alətlər əhatə olunmur, eləcə də, rəqəmsal qiymətləndirmə alətləri, performans dəyərləndirmə sistemləri və digər müasir metodologiyalar nəzərdə tutulmur. Bu da qiymətləndirmənin ümumi obyektivliyini azaldır və müasir təcrübə ilə uyğunlaşmır.
Həmçinin oxuyun
Eyni zamanda attestasiya nəticələrinin hüquqi əsaslandırılması və məhkəmə mübahisələrində tətbiqi mexanizmləri kifayət qədər aydın tənzimlənmədiyindən, bu sahədə əmək mübahisələri riski artır.
Attestasiyanın şifahi formada keçirilməsi zamanı qiymətləndirmə meyarlarının dəqiq və ölçüləbilən olmaması subyektiv yanaşmadan asılılığı artırır.
Bununla yanaşı, şifahi attestasiyanın təşkili əlavə maliyyə və inzibati yük yaradır, komissiyaların formalaşdırılması və prosesin uzunmüddətli aparılması dövlət vəsaitlərinin səmərəsiz istifadəsinə səbəb olur.
Layihənin qəbul edilməsi nəticəsində təhsilverənlərin nəzəri biliklərinin, təcrübəsinin və peşə yararlılığının attestasiya keçirilməsi yolu ilə deyil, sertifikasiya imtahanına cəlb edilməsi ilə yolu ilə xüsusi qaydalara uyğun olaraq qiymətləndirilməsi nəticəsində bu prosesinin şəffaflığı, nəticələrin müqayisəliliyi və onların yüksək etibarlılığı təmin ediləcək, qeyd olunan təhsil müəssisələri şəbəkəsinin inkişafına və təhsilin keyfiyyət səviyyəsinin artırılmasına nail olunacaq.
Eyni zamanda, sertifikatlaşdırma prosesi mütəmadi olaraq ixtisas üzrə biliklərin yenilənməsini nəzərdə tutur ki, bu da öz növbəsində təhsilverənlərin davamlı peşəkar inkişafı və peşə bilik və bacarıqlarının daim artırılmasını təşviq edəcək.
16:25 / 16 Fevral 2026
1
16:18 / 16 Fevral 2026
42
16:00 / 16 Fevral 2026
29
15:30 / 16 Fevral 2026
39
15:26 / 16 Fevral 2026
36
14:33 / 16 Fevral 2026
83
14:26 / 16 Fevral 2026
56
14:06 / 16 Fevral 2026
350
14:06 / 16 Fevral 2026
60
14:02 / 16 Fevral 2026
64
13:57 / 16 Fevral 2026
71
13:56 / 16 Fevral 2026
47
13:42 / 16 Fevral 2026
91
13:35 / 16 Fevral 2026
3263
13:34 / 16 Fevral 2026
80
13:29 / 16 Fevral 2026
160
13:25 / 16 Fevral 2026
55
13:20 / 16 Fevral 2026
118
13:13 / 16 Fevral 2026
65
13:07 / 16 Fevral 2026
113
12:55 / 16 Fevral 2026
59
12:52 / 16 Fevral 2026
81
12:49 / 16 Fevral 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.