Qaynar xətt:

(+99450) 247 90 86

“Dəbdəbəli ehsan süfrəsi: Bu yarışı dayandırmaq lazımdır”   —     Partiya sədri çağırış edib  

news/2026_02_12/346406_1753301790_1756549023jpg_1756582756_1770891753.jpg

CƏMİYYƏT

351

12.02.2026, 14:18

Yenə sosial şəbəkələrdə Azərbaycan cəmiyyətinin ənənəsinə çevrilən ehsan süfrələri ilə bağlı müzakirələr səngimir.

Bu  müzakirələrə son qoymaq üçün  hansı tədbirləri görmək olar?

 

Oxu24.com-a  mövzu ilə bağlı danışan  Ədalət Partiyasının sədri, Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent  Mütəllim Rəhimov bildirib ki, insanlar dünyasını dəyişən yaxınlarına dəbdəbəli ehsan süfrəsini özlərində təskinlik tapmaq və bəzən də başqaları qarşısında yüksək status olaraq təşkil edirlər.

"Nəticədə bu cəmiyyətdə yarışa çevrilir və israfçılığa, yas sahibinin həddən artıq yüklənməsinə səbəb olur. İlkin olaraq bu yarışı dayandırmaq lazımdır. İnsanlara dini dəyərləri və dini tələbləri izah etmək mütləqdir. Çünki ehsan mərasimləri dinin tələblərini çoxdan aşıb. Bununla da ölkəmizdə məşğul olmalı idarə Qafqaz Müsəlmanları qurumudur. Lakin,paytaxtda dəbdəbəli ehsan verən məkanların əksəriyyəti bu idarənin tərkibində, yaxud himayəsindədir. Bölgələrdə insanlar özləri toplaşaraq ehsanın aradan qaldırılması barədə qərar veriblər. Hətta, bəzi imkanlı şəxslər bunu ictimai əhəmiyyətli işlərə xərcləyirlər. Yol təmiri, su çəkilməsi kimi işlər görürlər. Ancaq bununla belə bütün məsuliyyət Qafqaz Müsəlmanları İdarəsinin üzərinə düşür. Əgər o üzərinə düşən vəzifələri doğru düzgün yerinə yetirsəydi, indiki israfçılıqla qarşılaşmazdıq -deyə partiya sədri bildirib.

Əntiqə Rəşid