Qaynar xətt:

(+99450) 247 90 86

 Milli Məclisin iclasları onlayn keçiriləcək? - Deputatdan AÇIQLAMA

2024/05/17/1715942748_1574676914.millimeclis.jpg

CƏMİYYƏT

133

09.02.2026, 18:55

Milli Məclisin iclaslarının onlayn formatda keçirilməsi imkanları müzakirə mövzusuna çevrilib. Maraqlıdır, bu praktikada nə dərəcədə mümkündür və hansı hallarda tətbiq oluna bilər?

Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, Milli Məclisin iclaslarının onlayn keçirilməsi qanunvericilikdə nəzərdə tutulur:

“Əlbəttə, Milli Məclisin onlayn keçirilməsi mümkündür. Bu, hətta qanunvericilikdə də əksini tapıb. Lakin bunun konkret şərtləri var. Pandemiya dövründə bu mexanizmi qəbul etmişik. Fövqəladə hallar və digər zəruri vəziyyətlərdə bu məsələ aktuallaşa bilər”.

Deputat qeyd edib ki, hazırkı şəraitdə buna ciddi ehtiyac yoxdur:

“Hazırda elə bir zərurət yoxdur. Amma müəyyən şərtlər daxilində Milli Məclisin iclaslarının onlayn formada keçirilməsi mümkündür”.

Beləliklə, deputatın sözlərinə görə, onlayn iclas mexanizmi istisna hallarda tətbiq edilə bilər və bu, əsasən fövqəladə vəziyyətlər üçün nəzərdə tutulub.