Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan hüquq ictimaiyyətinə AĞIR İTKİ 

news/2026_01_15/image_940x_69693fae5a2c8_1768506739.webp

CƏMİYYƏT

75

15.01.2026, 23:51

Azərbaycanın hüquq ictimaiyyətinə ağır itki üz verib.

Oxu24.com xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sabiq hakimi, əməkdar hüquqşünas Rafael Sergeyeviç Qvaladze 15 yanvar 2026-cı il tarixdə uzunsürən xəstəlikdən sonra vəfat edib.

"Rafael Qvaladze Azərbaycanın görkəmli hüquqşünası kimi hüquqi dövlət quruculuğu və ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində uzun illər məsul vəzifələrdə uğurla çalışıb, ömrünün 50 ildən çoxunu ölkəmizdə məhkəmə hakimiyyətinin həyata keçirilməsinə həsr edib. Fəaliyyəti dövrü əzrində Rafael Qvaladze Azərbaycan Respublikasının “Əməkdar hüquqşünası” fəxri adına layiq görülüb, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Səmimiliyi və təvazökarlığı ilə hörmət qazanan, yüksək insani keyfiyyətlərə malik ədalətli hakim Rafael Qvaladzenin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır",- məlumatda qeyd olunub.Ajans.az