Kiyevdə hava həyəcanı siqnalı elan edildi
15 Yanvar 2026, 23:29
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
59
15.01.2026, 22:10
Donald Trampın İranda teokratik rejimə qarşı üsyan edən etirazçılara divan tutan ayətullahları sərt cəzalandıracağı ilə bağlı vədi hələ gerçəkləşməsə də, bölgənin gələcəyinə mühüm təsir edən üç hadisə baş verib.
Oxu24.com xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib.
O bildirib ki, Donald Trampa ən yaxın senator, 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi ola biləcək üç şəxsdən biri olan senator Lindsi Qrehem Suriyada kürdlərə qarşı keçirilən əməliyyatla bağlı Türkiyə və Suriyanı təhdid edib:
”Əhməd əş-Şara hökumətinə və Türkiyəyə müraciət edən senator Qrehem azlıqlara qarşı insan haqlarının pozulmasının qəbul edilməyəcəyini vurğulayaraq, ABŞ-ın cavabının sərt olacağını deyib: “Suriya hökumətinə və Türkiyəyə çağırışım budur: Seçiminizi ağıllı şəkildə edin”.
Donald Trampa ən çox təsir etmək imkanına malik üç şəxsdən biri olan senator Qrehemin bu açıqlaması onu göstərir ki, Suriyanın unitar dövlət olması mümkün deyil. Suriya ya federallaşacaq, ya da bölünəcək.
Həmçinin oxuyun
Suriyanın bölünəcəyi ehtimalını artıran və bölgənin gələcəyinə mühüm təsir edən ikinci hadisə Suriyadakı druzların lideri şeyx Hikmət əl-Hicrinin İsrailin “Yedioth Ahronoth” qəzetinə müsahibəsidir. Şeyx Hikmət əl-Hicri bəyan edib ki, druzlar muxtariyyət yox, tam müstəqillik istəyirlər. İsrailin druzları Əl-Qaidənin birbaşa davamı olaraq qurulan İŞİD tipli bir hökumətin soyqırımından xilas etdiyini bildirən Hikmət əl-Hicri bildirib ki, əvvəlki rejimdən daha qəddar olan indiki rejim yalnız druzları deyil, həm də onlara bənzəməyən bütün azlıqları aradan qaldırmaq istəyir.
İranın da daxil olduğu bölgənin gələcəyinə mühüm təsir edən üçüncü hadisə siyasi islamın ən radikal cəryanı hesab olunan Müsəlman Qardaşlarının Misir, Livan və İordaniya qollarının terror təşkilatları elan edilməsidir. ABŞ Dövlət katibi Marko Rubio bu addımın Müsəlman Qardaşlarının zorakı və sabitliyi pozan fəaliyyətlərinin qarşısını alması istiqamətində ilk addım olduğunu, Müsəlman Qardaşlarının terror fəaliyyətlərin qarşısının alması üçün Vaşinqtonun bütün mövcud vasitələrdən istifadə edəcəyini bəyan edib. Qərb mətbuatında yer alan ekspert rəylərinə görə, Müsəlman Qardaşlarının Misir, Livan və İordaniya qollarının terror təşkilatları elan edilməsi Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyinin gözləntilərinə cavab olmaqla yanaşı, Türkiyə və Qətərə təhdid mesajıdır. Vaşinqtondakı ekspertlər bu hadisənin Müsəlman Qardaşları ilə “dərin və köklü ideoloji yaxınlığı" olan Prezident Rəcəb Tayyib Ərdoğana əhəmiyyətli bir mesaj olduğunu qeyd edirlər. Yəni Türkiyənin hədəfə çevrilməsi hər ötən gün daha da artır”.
Politoloqun fikrincə, İraq, İran və Suriyanın ardınca Türkiyəni də “federallaşma və ya parçalanma” təhdidi gözləyir:
“Bu proseslərin mərkəzində duran İrana qarşı hərbi əməliyyatın uzunmüddətli bir müharibə olacağı ilə bağlı fikirlər var. Hərbi əməliyyatların da bu səbəbdən ləngidiyi ehtimal edilir”.
00:09 / 16 Yanvar 2026
1
00:06 / 16 Yanvar 2026
11
23:55 / 15 Yanvar 2026
31
23:51 / 15 Yanvar 2026
21
23:50 / 15 Yanvar 2026
31
23:34 / 15 Yanvar 2026
34
23:29 / 15 Yanvar 2026
30
23:26 / 15 Yanvar 2026
34
23:19 / 15 Yanvar 2026
29
23:16 / 15 Yanvar 2026
33
23:00 / 15 Yanvar 2026
256
22:52 / 15 Yanvar 2026
33
22:47 / 15 Yanvar 2026
44
22:39 / 15 Yanvar 2026
745
22:38 / 15 Yanvar 2026
44
22:34 / 15 Yanvar 2026
55
22:32 / 15 Yanvar 2026
50
22:12 / 15 Yanvar 2026
189
21:56 / 15 Yanvar 2026
73
21:18 / 15 Yanvar 2026
66
21:17 / 15 Yanvar 2026
79
20:39 / 15 Yanvar 2026
245
19:42 / 15 Yanvar 2026
961
19:30 / 15 Yanvar 2026
196
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.