BDU-nun tələbələri bu universitetlərə köçürülür – Səbəb
13 Yanvar 2026, 20:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
443
13.01.2026, 19:10
Bu gün Oxu24.com saytında Talış xanlığının işğalı ilə bağlı gedən “İşğal tariximiz: Rus ordusunun öldürdüyü 16 min azərbaycanlı, süqut edən TALIŞ XANLIĞI” məqaləsi sosial şəbəkədə müzakirələrə səbəb olub.
Tarix elmlər namizədi, dosent Akif Nağı müzakirələr zamanı bildirib ki, əslində tarixdə Talış xanlığı olmayıb:”Mənbələrdə Talış xanlığı yox , Lənkəran xanlığı ifadəsi işlədilir. Lənkəran xanları Qacarların təyin etdiyi hakim deyildi , müstəqil Azərbaycan xanları idi. Bu , Azərbaycan-Rusiya müharibəsi idi . Müharibə Azərbaycan ərazisində gedirdi , Car-Balakən camaatı, Gəncə , Quba , Bakı , Naxçıvan , İrəvan , Lənkəran və digər Azərbaycan xanları ruslarla vuruşurdu. Qacarlar şimal xanlarına kömək məqsədilə bu müharibəyə qoşuldu. Azərbaycan xanları axıra qədər döyüşdülər , güclü düşmənə məğlub oldular , ruslarla müqavilələr bağlayıb , asılılığı qəbul etdilər. Bu torpaqların sahibi xanlarımız idi”.
Tarixçi alim digər bir nüansa da diqqət çəkib: “Gülüstan və Türkmənçay müqavilələrində Qacarların bu torpaqları ruslara verdiyi yox , bu torpaqlarda Rusiyanın hakimiyyətini tanıdığı yazıldı. Ona görə də torpaqlarımızın iki dövlət arasında bölüşdürülməsi yox , bir hissəsinin Rusiya tərəfindən işğal olunması , digər hissəsində Qacarların rəhbərliyi altında Azərbaycan dövlətinin davam etdirilməsindən danışılmalıdır”.
Həmçinin oxuyun
Xatırladaq ki, bu hal tarixçilər arasında ilk belə müzakirə deyil. Hələ illər əvvəl mərhum tarixçi alim, professor Dilavər Əzimli də iddia edirdi ki, tarixdə “talış xanlığı yox, Lənkəran xanlığı olub”: “Bu xanlığın adı Lənkəran xanlığı olub. Mərkəzi vaxtilə Astara şəhəri, sonra isə Lənkəran şəhəri olub. Lənkəran xanları Səfəvi nəslindən olub, türksoyludurlar. Bütün mənbələrdə Lənkəran xanlığı kimi yazılır. Sonradan, XIX əsrin II yarısından Talış xanlığı kimi də qeyd olunub. Əslində bunu ruslar qarşıdurma yaratmaq üçün ortaya atıblar. Azərbaycanda Talış xanlığı olmayıb, Lənkəran xanlığı olub”.(musavat-com)
Yazıçı-publisist Mehriban Vəzir də müzakirələrdə aktiv iştirak edənlər sırasındadır. O, öz facebook səhifəsində bu mövzu ilə bağlı status paylaşıb, “Talış xanlığı” məsələsinə etnik mövqedən yanaşanları tənqid edib: ““Talış xanlığı” məsələsini vətənpərvərlik və ya etnik höcət mövzusuna çevirənlər bu xanlığı quranların şəcərəsi ilə tanış olsunlar. Soyu səfəvilərə, Ərdəbil şeyxlərinə bağlı bir Seyid Talışa gəlir, yatdığı ilk gecədə yuxusunda görür ki, bir gün bu torpaqda dövlət - xanlıq quracaq. Adam sufilərdən idi, belə yuxuların mənasını bilirdi. Həm də yeddi arxa dönəni dövlət quruculuğu üzrə ixtisaslaşmışdı. Ona görə də geri qayıdır və ailəsini, yaxınlarını götürüb bu İlahi informasiyanın ardınca yenidən Talışa qayıdır və xanlığını qurur. Təbii ki, dövlətin davamlılığı üçün yerli türklərin və talışların başçıları ilə qohum olmaq şərt idi. Beləliklə, bu şəcərənin yeni qurşaqlarında qanqarışdırmalar davam etməyə başlayır. Ona görə də Talış xanlığını talışlara, türklərə və ya Ərdəbil seyidlərinə (onlar min il türklərlə qan qarışdırmış və türkləşmiş ərəblər-farslar olsalar belə) aid olmasını israr etmək gülüncdür. O uzaq siyasi prosesi təhrif etməklə (bu təhrifi dərsliklərdə etmək isə sovetizmdir) vətənpərvər olmaq və ya etnik mübahisə açmaq, sadəcə, komikdir".
“Talış xanlığı” nı kim ortaya atıb?
Zaman -zaman mübahisə və müzakirələrə səbəb olan “Talış xanlığı” mövzusunda bir çox tarixçilərimiz Lənkəran xanlığının var olduğunu təsdiq edən faktlarla çıxış ediblər.
“Talış xanlığı” məvhumunu isə ilk dəfə 1882-1883-cü illərdə astaralı tarixçi Mirzə Əhməd Mirzə Xudaverdi оğlu ortaya qoyub. Məlumatlarda deyilir ki, onun “Əxbarnamə” əsəri Talış xanlığının tarixini özündə əks etdirən bir kitabdır. Əsər müəllif tərəfindən fars dilində yazılıb. “Əхbarnamə” əsəri ilk dəfə Azərbaycan SSR Elmlər Akademiyasının Tariх Institutunun еlmi işçisi Musa Əsgərli tərəfindən 1955-ci ildə tərcümə еdilib, lakin nəşr оlunmayıb. 1975-ci ildə əsər həmin İnstitutun еlmi işçisi Əli Hüsеynzadə tərəfindən tərcümə еdilərək sovet dövrünün qanunları ilə əlaqədar yalnız institutun daхili хidməti üçün 120 nüsхədə çap еdilib. 2000-ci ildə Hüseynzadənin tərcüməsində Azərbaycan Milli Elmlər Akademiyasının Tariх Institutu tərəfindən, 2009-cu ildə isə İshaq Axundovun redaktorluğu ilə dərc olunub.
Əntiqə Rəşid
21:30 / 13 Yanvar 2026
13
21:20 / 13 Yanvar 2026
18
21:03 / 13 Yanvar 2026
19
20:58 / 13 Yanvar 2026
86
20:52 / 13 Yanvar 2026
32
20:50 / 13 Yanvar 2026
28
20:45 / 13 Yanvar 2026
130
20:41 / 13 Yanvar 2026
61
20:40 / 13 Yanvar 2026
34
20:38 / 13 Yanvar 2026
32
20:34 / 13 Yanvar 2026
32
20:30 / 13 Yanvar 2026
212
20:23 / 13 Yanvar 2026
39
20:20 / 13 Yanvar 2026
51
20:17 / 13 Yanvar 2026
43
20:11 / 13 Yanvar 2026
51
20:05 / 13 Yanvar 2026
43
19:59 / 13 Yanvar 2026
42
19:55 / 13 Yanvar 2026
58
19:54 / 13 Yanvar 2026
2216
19:44 / 13 Yanvar 2026
59
19:32 / 13 Yanvar 2026
164
19:29 / 13 Yanvar 2026
102
19:26 / 13 Yanvar 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.