Pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA
13 May 2026, 00:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
644
13.01.2026, 10:36
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən, ABŞ-da yaşayan Vaqif Allahverdiyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Oxu24.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Müdafiə vəkili vəsatəti olduğunu söyləyərək çıxış üçün vaxt istəyib.
Növbəti proses yanvarın 19-na təyin edilib.
Qeyd edək ki, Vaqif Alllahverdiyev barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. Bildirilib ki, o, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin bu il 23 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Sentyabrın 18-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Vaqif Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.
Qeyd olunub ki, o, ABŞ-ın Kaliforniya statında yaşadığı dövrdə ad, soyadını Viktor Aleksandr kimi dəyişib. 2017-ci ilin mart-may aylarında ayrı-ayrı 5 video müraciət hazırlayıb. O, həmin videolarda Azərbaycan vətəndaşlarına müraciət edib, ictimai əmin-amanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan, hakimiyyət orqanlarının fəaliyyətini iflic vəziyyətə salmağa, Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi yolu ilə çıxmağı təşviq edən açıq çağırışlar edib.
00:19 / 13 May 2026
3
00:05 / 13 May 2026
124
00:02 / 13 May 2026
68
23:59 / 12 May 2026
2071
23:54 / 12 May 2026
327
23:50 / 12 May 2026
157
23:43 / 12 May 2026
271
23:40 / 12 May 2026
63
23:31 / 12 May 2026
62
23:27 / 12 May 2026
59
23:25 / 12 May 2026
58
23:22 / 12 May 2026
74
22:47 / 12 May 2026
149
22:38 / 12 May 2026
87
22:20 / 12 May 2026
78
21:59 / 12 May 2026
89
21:54 / 12 May 2026
95
21:37 / 12 May 2026
110
21:15 / 12 May 2026
100
20:55 / 12 May 2026
89
20:44 / 12 May 2026
182
20:42 / 12 May 2026
94
20:39 / 12 May 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.