Binə qəsəbəsində qaz olmayacaq
13 May 2026, 09:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
569
12.01.2026, 13:31
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Vətən müharibəsi iştriakçısı şəhid Tərlan Məmmədovun ailəsini ziyarət edib.
Oxu24.com xəbər verir ki, Leyla Əliyeva rəsmi "Instagram" hesabında şəhid Tərlan Məmmədovun ailəsini ziyarət etməsi ilə bağlı paylaşım edib.
Məlumat üçün bildirək ki, Tərlan Məmmədov 31 avqust 1996-cı ildə Sumqayıt şəhərində anadan olub.Tərlan Məmmədov 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin əvvəlcə Gəncə şəhərində, sonra isə Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Tərlan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Məmmədov oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Abşeron rayonunun Saray qəsəbəsində dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
09:18 / 13 May 2026
1
00:19 / 13 May 2026
296
00:05 / 13 May 2026
2854
00:02 / 13 May 2026
264
23:59 / 12 May 2026
4047
23:54 / 12 May 2026
1246
23:50 / 12 May 2026
270
23:43 / 12 May 2026
1606
23:40 / 12 May 2026
114
23:31 / 12 May 2026
112
23:27 / 12 May 2026
106
23:25 / 12 May 2026
96
23:22 / 12 May 2026
157
22:47 / 12 May 2026
223
22:38 / 12 May 2026
134
22:20 / 12 May 2026
121
21:59 / 12 May 2026
154
21:54 / 12 May 2026
148
21:37 / 12 May 2026
172
21:15 / 12 May 2026
155
20:55 / 12 May 2026
138
20:44 / 12 May 2026
239
20:42 / 12 May 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.